Yuxarı

Bakıda şok olay: Ana gecə övladını küçədə atıb, getdi - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda şok olay: Ana gecə övladını küçədə atıb, getdi - Video

Bakıda ana öz azyaşlı övladına qarşı qeyri-insani rəftar nümayiş etdirib. Gecə saatlarında qızını küçənin ortasında tərk edən qadın uşağa təkbaşına sığınacağa getməsini tapşıraraq ərazidən uzaqlaşıb.

Axar.az Baku TV-yə istinadən xəbər verir ki, hadisə gecə saat 1 radələrində baş verib. Sığınacaqdan təxminən 200-300 metr aralıda anası tərəfindən tərk edilən azyaşlı qız qaranlıq küçələrlə təkbaşına hərəkət edərək sığınacağın qapısına qədər gəlib çıxa bilib.

Sığınacağın əməkdaşları uşağı qarşıladıqdan sonra dərhal ətraf ərazidə ananı axtarsalar da, onu tapmaq mümkün olmayıb. Sığınacaq rəsmiləri baş verən hadisənin böyük stres və həyəcan yaratdığını bildiriblər:

"Uşaq təkbaşına gəlib sığınacağa. O, yolu tapmaya bilərdi, kimsə onu qaçıra bilərdi və ya qaranlıq küçədə başına başqa bir iş gələrdi. Kameralara baxanda dəhşətə gəlirik ki, bu uşaq necə gəlib bura çıxıb? Bu hərəkətin heç bir bəhanəsi ola bilməz".

Hazırda faktla bağlı araşdırma aparılır və uşağı təhlükədə qoyan valideynin müəyyən edilməsi istiqamətində işlər görülür.

Tarix
2026.02.16 / 00:39
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla