Yuxarı

Masallı rayonu ərazisində kurqanlar tapıldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Anar Ağalarzadənin tədqiqatları nəticəsində Masallı rayonunun Bədəlan-Xanalion kəndi yaxınlığında, Talış dağlarının ətəklərində kurqan tipli qəbir abidələri aşkar edilib.

Kult.az xəbər verir ki, torpaq örtüklü kurqanların diametri 45-50 m, üst örtüyünün saxlanılmış hündürlüyü isə 4-5 metrə çatır. Dəniz səviyyəsindən təxminən 870 metr yüksəklikdə salınmış bu qəbir abidələrinə kəndin ərazisində tək-tək hallarda rast gəlinir. A.Ağalarzadə abidələrin tunc dövrünün sonu, dəmir dövrünün əvvəllərinə (e.ə. II minilliyin sonu I minilliyin əvvəlləri) aid edildiyini bildirib.

Alim kurqanların tunc-erkən dəmir dövrü cəmiyyətlərinin sosial-iqtisadi, ictimai münasibətləri və qədim tayfaların təsərrüfat həyatı haqqında məlumatlar əldə etmək baxımından çox böyük əhəmiyyət kəsb etdiyini deyib:

“Cənub bölgəsinin dağlıq zonaları üçün daş örtüklü kurqanlar xarakterik olsa da, dağətəyi və aran bölgəsi üçün torpaq örtüklü kurqanlar üstünlük təşkil edir. Bütün bu fərqlilik abidələrin yerləşdiyi arealda aydın müşahidə olunur”.

Tarix
2017.11.17 / 17:21
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla