Yuxarı

50 türk qadının faciəli sonu - Erməni kilsəsində şok olay

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdamar kilsəsi...

Van gölündəki Ağdamar adasında yerləşən erməni kilsəsi.

Bu kilsə müqəddəsliyi ilə deyil, qanlı olaylara şahid olması ilə xatırlanır. Ağdamar kilsəsinin zəngi neçə-neçə qadının, uşağın naləsini, fəryadını batırıb.

Kult.az xəbər verir ki, Türk Tarixi Qurumunun keçmiş sədri Yusif Halaçoğlu 1915-ci ildə ermənilərin xəyanəti nəticəsində Rusiyanın Vanı işğal etməsindən və bundan sonra şəhər əhalisinin başına dəhşətli oyunlar gətirilməsindən bəhs edib.

Mənbələrdə yazılır ki, Vandakı yaşayış məntəqələrinə girən ermənilər əvvəlcə qarşılarına çıxanları güllələməyə başlayırlar:

“Belə olan halda silahsız kəndlilər Van gölünə doğru qaçırlar. Onların köməyinə Van-Ağdamar adası arasında işləyən qayıqlar gəlir. Bunu görən kəndlilər çox sevinirlər. Lakin az sonra ən böyük qətliam bu qayıqlarda yaşanır. Məlum olur ki, qayıqları sürənlər xilaskar yox, qayıq sahibi olan varlı ermənilərdir. Onlar türk kişiləri qətlə yetirib gölə atdıqdan sonra qadınları qayıqda zorlayırlar. Daha sonra isə Ağdamar adasına aparıb, orada zorakılıqlarını davam etdirirlər”.

Təsadüfi deyil ki, bu gün Ağdamar adası “Təcavüz adası” kimi də xatırlanır.

Daha bir dəhşət isə 50 türk qadının erməni əsgərləri tərəfindən Ağdamar kilsəsinə aparılarkən namuslarını qorumaq üçün özlərini gölə atmaları idi. Təbii, bu 50 qadın yalnız canlarını qurtaranlar idi. Bəxtləri gətirməyib sağ qalan qadınlar da var idi:

Ermənilərin verdiyi işgəncələrdən sonra dəli olub küçələrə düşən Nezo xatun...

Ataları Dərviş Əfəndinin gözləri önündə təcavüzə məruz qalan Hayriyyə və Şadiyə...

İşgəncələrdən qurtulmaq üçün özünü yandıran gənc qızlar...

Hadisə şahidləri danışır ki, ermənilər xeyli qadını Ağdamar adasında əsir saxlayırdı. Hər axşam gəlib 10-15-ni aparırdılar... və onları səhərə qədər zorlayırdılar. Bəzən elə olurdu ki, qadınlar bu işgəncələrə dözə bilməyib ölürdü.

Erməni əsgərlər bu vəhşiliyi uşaqların üzərində də təcrübədən keçirirdilər. Dəfələrlə zorlanan 7 yaşlı Fatma və 9 yaşlı Güfazı xatırlamaq kifayət edir.

Ümumilikdə hadisələr zamanı 80 minə yaxın türkün qətlə yetirildiyi, işgəncələrə məruz qaldığı bildirilir.

Qəribədir ki, bu olayı ermənilər özləri də etiraf ediblər. Bir erməni müəllif ABŞ-da yayımlanan “Qoçnak” dərgisində yazırdı:

“Hadisələrdən sonra Vanda 1500-ə yaxın uşaq və qadından başqa türk qalmadı”.

Hadisənin daha bir şahidi Saleh Daşçı illər sonra yaşadığı o dəhşətli anları belə təsvir edirdi:

“Ermənilər yaşlı insanlarımızı əllərindən, alınlarından divara mıxladılar. Onlar o qədər çox insan öldürdülər ki, artıq özləri də yorulmuşdular. Ona görə də özlərinə əziyyət verib öldürmürdülər, birbaşa gölə atırdılar”.

Təbii, bunlar Ağdamar adasında baş verənlərin kiçik bir hissəsidir. Adada, eləcə də kilsədə yaşanmış insanlıq dramı bu gün belə Vanda dəhşət və qorxu ilə xatırlanır.

1950-ci illərdə Van əhalisinin israrı ilə Ağdamar kilsəsinin dağıdılması gündəmdə olsa da, o zamanlar jurnalist kimi fəaliyyət göstərən dünyaca məşhur türk yazıçı Yaşar Kamal “tarixi abidəni qorumaq” üçün bunun qarşısını almışdı.

Ermənilərin törətdiyi qətliama rəğmən, Türkiyə hökuməti böyük bir tolerantlıq və multikultural davranış nümayiş etdirərək, 2005-ci ildə Ağdamar kilsəsinin restavrasiya olunması haqda qərar qəbul edib və kilsə 2007-ci ildə bərpa edilərək, muzey kimi fəaliyyətə başlayıb.

Bu ilin sentyabrında isə kilsədə uzun müddətdən sonra ilk ayin keçirilib.

Tarix
2018.12.26 / 12:29
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ səfirliyinin bu bəyanatı... - İcma

XİN-dən ABŞ səfirliyinə cavab

Liderlər İlham Əliyevi təbrik edir

Türkiyə ordusu bu ölkədə əməliyyata başlayacaq

Azərbaycan bizim üçün böyük əhəmiyyət daşıyır - Orban

Bayramov Serbiya parlamentinin sədri ilə görüşdü

Tiflisdəki aksiyaları bu fond təşkil edir - Tsilosani

Nazarbayev İlham Əliyevə məktub göndərdi

Prezidentdən bu faydalı qazıntı yataqları ilə bağlı qərar

Sahibə Qafarova Zaur Askenderovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla