Yuxarı

Ermənilər bu dəyərimizi də oğurladı: Qondarma muzey - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər bu dəyərimizi də oğurladı: Qondarma muzey - Foto

Bu günlərdə erməni mətbuatı Azərbaycanın işğal olunmuş ərazilərində “Qarabağ muzeyi”nin açılışının keçirilməsi barədə informasiya yaydı.

Kult.az xəbər verir ki, azərbaycanlı tədqiqatçılar bu yeni erməni muzeyinin əslində bərpa olunan Şuşa Xalça Muzeyi olduğunu iddia ediblər.

Qeyd: Şuşa Xalça Muzeyi - Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı 1985-ci ildə yaradılıb. Muzeydə tarixi Qarabağ xalçalarının nadir eksponatları nümayiş etdirilib.

Şuşanın işğalından sonra...

Ermənistanın Azərbaycanın işğal edilmiş torpaqlarında mədəni irsi məhv etmək siyasəti bu torpaqlardakı muzeylərdə saxlanılan qiymətsiz tarixi eksponatların, dəyərli mədəniyyət və incəsənət nümunələrinin talan edilməsinə hesablanıb. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin məlumatına əsasən, işğal altındakı ərazilərdə 40 mindən çox eksponatın saxlandığı 22 muzey fəaliyyət göstərib. Talan edilmiş muzeylərin ekspozisiyasına Azərbaycan xalqının tarixi və mədəniyyətinin qiymətli nümunələri, rəsm və heykəltəraşlıq predmetləri, bütün dünyada tanınmış Azərbaycan xalçaları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirəsini daşıyan əşyaları və digər qiymətli nümunələr daxildir.

Digər muzeylər kimi Şuşa Xalça Muzeyi də qarət olunub və ermənilər tərəfindən qismən dağıdılıb. Hərbi əməliyyatlar zamanı muzeydən bir sıra eksponatları çıxarmaq mümkün olub və bu eksponatlar hazırda Bakıdakı Azərbaycan Xalça Muzeyində saxlanılır.

Bu yazını Böyük Vətən müharibəsinə həsr olunmuş bir filmdən götürülmüş sitatla tamamlayırıq. Ölüm döşəyində olan bir rus əsgəri alman fürerinə belə deyir: “Siz hər şeyi məhv edə və özününküləşdirə bilərsiniz. Ancaq havada və buludlarda həmişə bizim ətrimiz duyulacaq”.

Tarix
2018.12.27 / 17:17
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla