Yuxarı

Bakıda qəza anı televiziyanın kamerasına düşdü - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda qəza anı televiziyanın kamerasına düşdü - Video

Paytaxtın Xətai rayonu Nobel prospektində təmir olunan yol yenidən çöküb.

"Xəzər Xəbər"in məlumatına görə, Avtomobil Yolları Dövlət Agentliyinin və Azərsu Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları həmin ərazini qazıb müəyyən işlər görərək sonradan yola asfalt örtüyü vurmuşdular. Bu gün isə həmin hissə yenidən çöküb.

Maraqlı məqam ondan ibarətdir ki, Nobel prospektindən üzü şəhər istiqamətinə hərəkət edən avtomobillərin sürücüləri yolda heç bir təhlükəsizlik tədbirlərinin görülməməsi səbəbindən çökən hissəni görmür, lap yaxınlaşdıqda isə çalaya düşməmək üçün anidən əyləc sistemindən istifadə etməli olur. Bu zaman isə arxadan gələn maşınların qabaqdakı avtomobili vurmaq risqini artırır.

Elə çəkiliş zamanı həmin ərazidə 6-ya yaxın avtomobilə ciddi zərər dəyməsi ilə nəticələnən yol qəzası baş verib. Bəzi avtomobillər isə çökən hissəyə düşərək yollarına davam edirdilər.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxlayandan sonra əraziyə qurumun əməkdaşları gələrək yolda təhlükəsizlik tədbirlərinin görməsinə başlayıb.

Qeyd edək ki, verilən açıqlamda yolun çökməsinə səbəb kimi su sızması göstərilir.

Tarix
2018.12.30 / 23:32
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov səudiyyəli nazirlə regionu müzakirə etdi

İslamın yanlış təqdim edilməsi... - XİN

Türkiyə və Azərbaycan diplomatları Suriyada görüşdülər

Kürd qruplaşmaları azərbaycanlılara çağırış etdilər

Azərbaycan AB-nin xüsusi diqqətinə layiqdir - Leterm

Qasım Süleymani Qarabağda şəbəkə qurmuşdu - Ağabekyan

ABŞ-ın İrana qarşı 2 planı alınmadı - C planı işə düşdü

İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı

İranın bu müharibədə qələbəsi qaçılmazdır - Ekspert

Ölkədə bu heyvan ətlərinin satışına qadağa qoyulur?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla