Yuxarı

Tətildən sonra işə adaptasiya olmaq üçün nə edək?

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beş günlük Yeni il tətilini geridə qoyduq. Yeni iş həftəsində hər kəsi narahat edən işə adaptasiya prosesidir. Bayram məzuniyyətləri bizə gücümüzü bərpa etməyə kömək etsə də, yenidən işə qayıtdıqda uyğunlaşmağımıza çətinlik törədir. İlk baxışda məzuniyyətdən sonra birbaşa ofisə dönərək işə başlamaq olduqca asan görünür. Lakin heç də belə deyil.

Bəs tətildən sonra yaranmış tənbəllikdən ən tez şəkildə necə xilas olmaq olar? İşə adaptasiya olmaq üçün nə edilməlidir?

Kult.az xəbər verir ki, mütəxəssislərin fikrincə, ilk həftə işdə nisbətən az yüklə çalışmaq lazımdır. Bu, tətil zamanı alınan enerji və müsbət emosiyaların birdən tükədilməsinin qarşısını alır.

Psixoloqlar məsləhət görür ki, işin birinci günündə əvvəldən yığılıb qalan, təcili görüləcək işləri təxirə salmaq məsləhətdir. İş otağında cüzi dəyişikliklər də işə, ofisə adaptasiya prosesini sürətləndirir.

Mütəxəssislər məsləhət görür ki, bayram tətili və məzuniyyət sonrası sindromunun öhdəsindən gəlmək üçün bir neçə sadə qaydalara riayət etmək lazımdır.

- İstirahətdən işə keçidi rəvan şəkildə yerinə yetirin. Bütün işləri eyni anda görməyə çalışmayın və işə diqqətli və planlı şəkildə yanaşın. Ən vacib işlərin siyahısını tərtib edin və ilk növbədə onlardan başlayın.

- İlk günlər yüngül iş rejimi ilə başlamaq mütləqdir. İşə başladığınız ilk günlərdə məzuniyyət vaxtında yaşadıqlarınızın təsiri altında olacaqsınız və bu da bütün fikrinizi işə yönəltməyə mane olaraq sonda səhvlər etmənizə səbəb olacaq. Buna görə də ilk olaraq prioritetli tapşırıqları seçib planlı şəkildə onları yerinə yetirəcəyiniz zamanı müəyyən edin. İşlədiyiniz hər bir saatdan bir qısa fasilələr etməyi unutmayın.

- İşə başladığınız ilk gündən işdə ləngiməməyə çalışın və ilk gündən özünüzü işlə çox yükləməyin. Bu, daha sonralar xroniki yorğunluğa səbəb ola bilər.

- Zövq aldığınız şeyləri tez-tez etməkdən çəkinməyin və bunları etmək üçün məhz həftə sonunu gözləməyin. Əgər məzuniyyət zamanı təbiətdə vaxt keçirməyə və səhərlər meyvə yeməyə adət etmisinizsə, bunları indi də etməyə eyni ruhda davam edin. Adət etdiyiniz şeyləri belə təkrarlamaq işə yenidən uyğunlaşmağınıza kömək edəcək.

- Yuxu qrafikinizdə də dəyişikliklər yaranıb və buna görə də bir-iki saat tez yatmağa çalışın. Səhərlər gücünüz nə qədər çox olsa, adaptasiya mərhələsini bir o qədər tez keçəcəksiniz.

Tarix
2019.01.03 / 11:14
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İsrail ordusu üzr istədi: Səhvən vurub öldürmüşük!

ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?

Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video

Azərbaycan nümayəndə heyəti NATO sessiyasına qatıldı

Britaniya XİN başçısı COP29-dan yazdı: Vacib addım...

Dünya tarixi Bakı nailiyyətinə şahid oldu - Əliyev

Qarayaxma kampaniyasına baxmayaraq... - Prezident

Bakı COP tədbiri tarixə düşəcək – İlham Əliyev

Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi

İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla