Yuxarı

Dünya şöhrətli aktyor Bakıya gəlir

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya şöhrətli aktyor Bakıya gəlir

Yanvarın 25-də saat 16:00-da Nizami Kino Mərkəzinin mətbuat klubunda cari il 25-30 yanvar tarixlərində keçiriləcək İtaliya-Azərbaycan Film Festivalının açılışı ilə bağlı mətbuat konfransı təşkil olunacaq.

Kult.az xəbər verir ki, tədbirdə təşkilatçılar, İtaliyadan gələn qonaqlar və münsiflər heyətinin üzvləri ilk dəfə keçiriləcək festival haqqında ətraflı məlumat verəcəklər.

Festival Mədəniyyət Nazirliyi, film istehsalı şirkətləri olan “İmago Group”, “United Cultures” və “Sandro Teti Editore”nin birgə dəstəyi ilə reallaşacaq. Festival İtaliya və Azərbaycan kino sənayesinin keçmişi, bu gününü və gələcəyini təbliğ etmək məqsədi daşıyır.

İtaliyanın Azərbaycandakı səfirliyi, Nizami Kino Mərkəzi və “The Landmark” tərəfindən dəstəklənən festival hər iki ölkənin bir sıra elmi mərkəzləri ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq. Yanvarın 30-dək davam edəcək festival çərçivəsində seçilmiş 15 müasir film nümayiş olunacaq. Təqdim olunan nominasiyaların qalibləri xüsusi hazırlanmış “Zoroaster award” ilə mükafatlandırılacaq.

“La Piovra” serialında canlandırdığı Tano Cariddi obrazı ilə keçmiş sovet regionunda məşhur olan aktyor və rejissor Remo Jirone mükafatlandırma mərasiminə rəhbərlik edəcək, italyan ssenari müəllifi və rejissoru Klaudio Rossi Massimi isə festivalın bədii rəhbəri kimi çıxış edəcək.

Tarix
2019.01.22 / 12:07
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla