Yuxarı

50 il əvvəl, elə bu saatda: Dünya bundan şoka düşdü - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün kamera və mikrofonlar Qızıl Meydana quraşdırılmışdı. Bütün SSRİ televizor qarşısında oturub ölkənin bir nömrəli meydanından birbaşa canlı yayıma baxırdı. SSRİ kosmosun fəthində nələrə qadir olduğunu dünyaya nümayiş etdirirdi həm də.

Sovet İttifaqı öz qəhrəmanlarını qarşılayırdı. “Soyuz-4” və “Soyuz-5” kosmik gəmisinin ekipajı bir azdan onları qarşılayan sovet insanlarını salamlayaraq eskortla Qızıl Meydandan keçəcəkdilər.

Və birdən bütün SSRİ-də televizorların ekranı qəfil sönür, bir neçə dəqiqədən sonra yenidən açılır. Amma canlı yayım yox, Böyük Vətən müharibəsi tarixindən hansısa sənədli filmin nümayişinə başlanılır. Bütün ölkə çaşqınlıq içində nə baş verdiyini anlamır. Canlı yayımın niyə dayandırıldığı barədə heç bir məlumat verilmir. Teletranslyasiya da heç nə olmamış kimi davam edir. Bir də bir sutka sonra, hə, düz bir sutka sonra SSRİ-nin rəsmi xəbər agentliyi SİTA məlumat yayır: Sovet kosmonavtları Tereşkova, Bereqovoy, Nikolayev və Leonova sui-qəsd təşkil olunub. Sui-qəsdçi istəyinə çata bilməyib və o, həbs edilib.

Onda zaman 1969-cu ilin 22 yanvarını göstərirdi. Düz 50 il əvvvəl. Elə bu saatlarda əslində 23 yaşlı zabit Viktor İlyin kosmonovatları yox, onları qarşılayacaq SSRİ rəhbəri Leonid İliç Brejnevi öldürmək istəyirdi. Bundan isə sovet xalqı bir də 20 il sonra, 1989-cu ildə xəbər tutacaqdı…

Kim idi axı bu İlyin? Brejnevi niyə öldürmək istəyirdi ki?

Bu məqama qayıdacağıq. İndi isə həmin gün baş verənlərə nəzər salaq.

İlyin həmin ərəfədə Lomonosov şəhərində hərbi xidmətdə idi. Özünün və zabit yoldaşının tapançasını və dörd daraq gülləni də götürüb hərbi hissəni özbaşına tərk etmişdi. Elə həmin gün də Moskvaya gəlib dayısıgildə gecələmişdi. Səhərə yaxın dayısının milis formasını götürüb, niyyətini həyata keçirmək üçün Qızıl Meydana gəlmişdi. Həm Brejnevin, həm də kosmonavtların eskortları Kremlin həyətinə dalbadal keçdiyindən İlyin kimin harda oturduğunu təxmin edə bilməmişdi.

Nəticədə Leonovun hərəkət etdiyi limuzinə atəş açmışdı. Sürücü İlya Jarkov həlak olmuşdu. İlyini dərhal həbs etmişdilər. Onu ən ağır cəza - güllələnmə gözləyirdi. Amma məhkəmə onu anlaqsız hesab edərək, necə deyərlər, dəlixanaya müalicəyə göndərmişdi. İlyin ordan düz 20 il sonra çıxacaqdı…

***

İndi İlyinin 71 yaşı var. Peterburqun ucqarında yaşayır. Təqaüd alır. Müsahibələrinin birində jurnalistlərə etiraf dir ki, onun sui-qəsdə əl atmağının səbəbi tarixdə qalması və ya məşhur olmaq istəməsi deyildi.

“Mən orduya təsadüfən gəlmişəm. Hələ mülki işdə açıq şəkildə görürdüm ki, ölkə dilənçi vəziyyətindədir. Bu ölkənin sonu yoxdur. Şirin kommunizm xəyalları isə köpükdür. Hə, mənim bu antipartiya hislərimi ancaq silah soyuda bilərdi. Düzünü desəm, məhz silah əldə etmək üçün orduya getdim. Və buna da nail oldum. Mən o sürücünün ölümünü hələ də özümə bağışlaya bilmirəm”.

İlyin deyir ki, hərbi hissəni tərk edəndən sonra mülki geyim tapıb və Moskvaya dayısıgilə gəlib. Həmin gün yeib-içiblər. Sonra isə kinoteatra gedib “Karamazov qardaşları”na baxıblar. Axşam yenə içki məclisi. Səhər hamı işə gedəndən sonra dayısının milis formasını geyib evdən çıxıb.

“Əslində, iki limuzin gəlirdi. Mən elə bildim ki, birinci limuzində Brejnev, ikinci də isə kosmonavtlardı. Qərara aldım ki, birinci limuzinə atəş açım. Bütün bunları fikirləşmək üçün 5-6 saniyəm getdi. Və mən atəş açdım. Sən demə, elə ikinci limuzində də kosmonavtlar əyləşibmiş”, - sonradan İlyin danışırdı.

İlyin onu yaxalayanacan bütün patronları atır. Onu saxlayıb dərhal Kremlə aparırlar. Dərhal həkim çağırılır. Məqsəd o imiş ki, görəsən bu saniyələr ərzində zəhər qəbul etməyib ki? Çünki onu dindirmək lazım olacaqdı.

İlyin deyir ki, dindirmə zamanı sürücünün öldüyünü bilib. Brejnev isə sən demə, 5-ci maşında gəlirmiş: “Brejnevi vura bilmədiyim üçün indiyə qədər peşmanam”.

Tibb işçiləri İlyini müayinə etdikdən sonra naməlum bir yerə aparırlar. Bura da elə haradasa tibb müəssisəsini xatırlıdırmış. İlyini dindirməyə şəxsən KQB sədri Yuri Andropov özü gəlir:

“İlk sualı belə oldu: Bunu niyə etmək istəyirdiz, nə məcbur etdi sizi buna? Cavab vermək istəyirdim ki, növbəti sualı verdi. Bəs siz kimi görmək istəyirdiz Leonid İliçin yerində? Bəlkə də bu sual məni gülələnmədən xilas etdi. Dedim, Mixail Suslovu. Andropov soruşdu, niyə? Dedim ki, o daha nüfuzludur, savadlıdır, hörmətlidir. Hakimiyyətdəki klanlararası mübarizənin də mənim xilasıma köməyi dəydi. Deyəsən, cavabım da Andropovun ürəyincəydi. Mən həbsxanaya deyil, xəstəxanaya göndərdikləri üçün də Andropova minnətdaram. Tibb komissiyası məni xəstə elan etdi. Hər halda güllələnməkdənsə, psixlərin içində olmaq daha yaxşı idi. Mən Kazanda “müalicə” alırdım. Tam təcrid olunmuşdum. Yanımda ancaq mühafizəçilər və tibb bacıları vardı. Bəxtimdən onlar çox gözəl insanlar idilər. Nə iynə vururdular, nə hansısa dərman verirdilər. Bütün günü həkimlərlə dama, şahmat oynayırdım. Və bilirdim ki, bütün bunlar Andropovun göstərişidir”.

İlyin deyir ki, 50 il əvvələ qayıtsaydı, yenə nifrətini gizlətməzdi, mübarizə aparardı. Amma sui-qəsd etməzdi:

“Demirəm ki, Brejnevi öldürsəydim hər şey düzələcəkdi. Mən yeniyetməliyimdən BBC-yə, “Amerikanın səsi”nə qulaq asırdım. Başa düşürdüm ki, belə ölkə olmaz. Biz yalanla idarə olunuruq. Mənim əsas tələbim bilirsinizmi nə idi: çoxpartiyalı sistem olsun, azad seçim olsun, sahibkarlığa imkan yaradılsın. Çox xoşbəxtəm ki, SSRİ dağıldı”.

Xəstəxanadan çıxandan sonra kosmonavt Leonovu tapıb. Ondan üzr istəyib, bağışlanmağını istəyib. Leonov isə üzrxahlığı qəbul etməyib:

“O, mənə sürücünün ölümünü bağışlamadı. Sən demə, həmin gün onun sonuncu iş günüymüş. Sabahdan təqaüdə çıxacaqmış…”

Tarix
2019.01.22 / 13:24
Müəllif
Səbuhi Məmmədli
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla