Yuxarı

70 il SSRİ-də qalsaq da, bunu qoruduq – Deputat

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında Novruz bayramı münasibətilə Mədəniyyət Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu, TİKA Bakı Koordinatorluğu, Qeyri-Maddi Mədəni İrs Dərnəyi və Rəsmi və Qeyri-Rəsmi Təhsildə Qeyri-Maddi Mədəni İrs YUNESKO kürsüsü və AMEA Folklor İnstitutunun birgə təşəbbüsü ilə “Azərbaycan-Türkiyə müştərək xalq oyunları və ənənələri” adlı panel keçirilib.

Kult.az xəbər verir ki, tədbirdə çıxış edən Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdir müavini Vüqar Məmmədov qonaqları salamlayıb və tədbirin əhəmiyyətindən danışıb:

“Xalq yaradıcılığı bizim milli qayəmizdir. Hazırda xalq oyunları və bizim ənənələr xalq yaradıcılığının əsas hissəsini təşkil edir. Çox sevindirici haldır ki, hazırda xalq oyunları texnologiyanın inkişafı şəraitində aktuallığını saxlayır. Ümid edirəm ki, bugünkü panelin nəticələri bizim bütün suallarımıza aydın cavab verəcək. Mədəniyyət Nazirliyi bu sahədə daim aktiv iştirak edir. 2019-2020-ci illərdə xalq yaradıcılığının qorunmasına dair bizim xalq yaradıcılığı proqramımız var. Ümid edirəm, 2023-cü ildə bir daha tədbir keçirərək, nəticələri müzakirə edəcəyik”.

Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir milli dəyərlərin qorunmasının çox vacib olduğunu bildirib:

“Bildiyiniz kimi, Yunus Əmrə İnstitutu hazırda dünyadakı 48 ölkədə 58 Yunus Əmrə İnstitutu Mərkəzi ilə türk dilinin tarixi və sənətini tanıtmağa çalışan bir qurumdur. Aramızda var olan birliyi və qardaşlığı genişləndirməyə, iki toplum arasında mədəniyyət körpüsü olmağa çalışırıq.

Bugünkü panelin mövzusu olan xalq oyunları və ənənələri bizim milli kültürümüzün ayrılmaz parçasıdır. Mədəniyyət bizim milli kimliyimizi təşkil edir”.

Millət vəkili Sona Əliyeva Azərbaycanın öz adət-ənənələrini çox çətin şərtlər altında qoruyub saxlamağa müvəffəq olduğunu vurğulayıb:

“Əlbəttə, belə tədbirlərin önəmi həddindən artıq çoxdur. Qeyd edildiyi kimi, hər bir insanın milli kimliyini formalaşdıran - vətən, torpaq, mədəniyyət, cəmiyyət və dövlətdir. Milli kimlik olmadan dünyada yaşamağımız qeyri-mümkündür. Milli kimlik bizi keçmişimizə bağlayan əsas faktordur.

Azərbaycan xalqı zaman-zaman qadağalara baxmayaraq, milli kimliyi fəxrlə qoruyub. 70 il imperialist dövlətin tərkibində olsaq da, Novruz bayramını qorumağımız buna ən böyük örnəkdir. Bu müddətdə bizi dəyərlərimizdən qoparmağa çalışsalar da, onları qorumağa davam etmişik. Bizim Türkiyə ilə dilimiz, dinimiz, həyata baxışımız və hətta məişət dəyərlərimiz belə oxşardır”.

Tarix
2019.03.14 / 11:48
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla