Yuxarı

Bakıda mühüm tədbir: iştirak et, 3 səyahət bileti qazan

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda mühüm tədbir: iştirak et, 3 səyahət bileti qazan

4-6 aprel tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək “XVI Beynəlxalq Turizm və Səyahətlər Sərgisi 2019” start götürüb.

Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət müşavirliyindən Kult.az-a verilən məlumata görə, sərginin Türkiyə stendində “Türkiyə imici” və “2019 Göbeklitepe ili” önə çıxarılacaq.

Türk stendini ziyarət edənlərə ənənəvi, qədim texnikası ilə bişirilən türk qəhvəsi, türk lokumu, paxlavası, quru meyvələri və özünəməxsus qədim şirniyyatları qonaqlara təqdim ediləcək.

Stendə gələn turizm təmsilçiləri üçün bu il özəl görüş otağı da hazırlanıb. Burada müzakirələr aparılacaq və turizm sahəsində görülən işlərdən danışılacaq.

Sərginin Türkiyə üzrə təşkilatçısı, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və təbliğat müşaviri İrfan Çiftçi bildirib ki, dünyanın ilk beş böyük turizm ölkəsindən birisi olan Türkiyə bu ildən etibarən “Türkiyə eviniz” (Home Of Turkey) şüarı əvəzinə, sadəcə “Türkiyə” loqosu ilə təbliğatını aparacaq.

İ.Çiftçinin sözlərinə görə, son iki il ərzində Azərbaycandan Türkiyəyə gedən turist sayında 60%-ə qədər artım olub. Ona görə də sərgidə iştirak etmək istəyən 50-dən çox Türkiyə şirkətindən yerin məhdudluğuna görə cəmi 9-u sərgiyə qatıla biləcək.

Qeyd edək ki, Türkiyə sərgisini ziyarət edənlər arasından püşkatma yolu ilə Türkiyə Hava Yolları tərəfindən üç nəfərə xüsusi səyahət bileti veriləcək.

Tarix
2019.04.04 / 12:03
Müəllif
Kult.az
Digər xəbərlər

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

İlham Əliyev Pezeşkiana təşəkkür etdi

Bakıdakı “yəhudi”nin qurbanları - Sensasion adlar

Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...

BTQ Fransa və Niderlandın müstəmləkəçiliyinə qarşı çıxdı

Dünyanı idarə edənlər insanlığın başını bu şou ilə qatır

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla