Yuxarı

Şamaxıda qədim türklərə aid küplər tapıldı – İlk dəfə

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şamaxıda qədim türklərə aid küplər tapıldı – İlk dəfə

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyevin rəhbərliyi ilə Şamaxı-Ağsu arxeoloji ekspedisiyası Şamaxı rayonunun Dəmirçi kəndi yaxınlığında erkən orta əsrlərə aid yaşayış yerində arxeoloji tədqiqat işləri həyata keçirib.

AMEA-dan Kult.az-a verilən məlumata görə, ötən il burada aparılan arxeoloji tədqiqatlar zamanı çay və qaya daşlarından inşa edilmiş qala divarları aşkara çıxarılıb. Qalanın daxilində aparılan arxeoloji qazıntılar zamanı müxtəlif formalı və ölçülü saxsı şirsiz qab fraqmentləri, dəmirdən hazırlanan ox ucları, nizə başlıqları, qılınc fraqmentləri, tunc şeşpər, möhür-üzüklər, əqiq və pastadan hazırlanmış muncuqlar və s. aşkar edilib.

Əldə edilən maraqlı tapıntılardan biri tuncdan hazırlanan şeşpərdir. Şeşpərin haçalarından ikisinin döyüş zamanı qırıldığı güman olunur. Qeyd edək ki, bu tip şeşpər Azərbaycan ərazisindən ilk dəfədir aşkar edilir.

Bu il tədqiqatlar qala divarının daxilində yeraltı anbarda aparılıb. Anbarda aparılan qazıntılar zamanı 7 ədəd iri küp aşkar edilib. Küplərdən ən böyüyünün hündürlüyü 1,65 metr təşkil edir. Küplər yerə basdırılıb, ağız hissəsi yastı daşla bağlanıb. Torpağın ağırlığından küplərin, demək olar ki, hamısı çatlayıb. Müəyyən edilib ki, bu küplərin ikisinin daxilində şərab, digərlərində isə taxıl məhsulları saxlanılır.

Küplərin ikisinin üzərində qədim türk tayfalarına aid damğalar həkk edilib. Damğalar küplərin boğaz hissəsinə, hazırlanma zamanı yaş gilin üzərinə barmaq vasitəsi ilə basılaraq həkk edilib. Çəllək formalı küpün üzəri cızma üsulu ilə dağ və dalğa formalı naxışlarla bəzədilib.

Aşkar olunan maddi-mədəniyyət nümunələri Dəmirçi Arxeoloji Muzeyinə təhvil verilib. Hazırda saxsı məmulatlar mütəxəssislər tərəfindən bərpa edilir. Damğalar üzərində aparılan tədqiqatlar onların hansı tayfalara mənsub olması məsələsinə də aydınlıq gətirəcək.

Tarix
2019.04.12 / 14:46
Müəllif
Kult.az
Digər xəbərlər

Baş nazirdən yeni qərar

Turizm mərkəzləri ilə bağlı yeni qərar təsdiqləndi

Anaklaudia Rossbax Əliyevə təşəkkür məktubu göndərdi

DGK sədrinin işdən çıxartdığı Yusifovu kim əvəzləyəcək?

Ceyhun Bayramov Rəşid Meredovla görüşdü

Ermənistana Azərbaycan vasitəsilə gübrə yola salınacaq

İlham Əliyev Berdiməhəmmədovun şərəfinə ziyafət verdi

Paşinyan Azərbaycanla sərhəddə qışqırıb bu sözləri dedi

AŞ-nin Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı

Azərbaycanda QHT layihələri belə maliyyələşdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla