Yuxarı

İçərişəhərdə bunu edənlər cəzalandırılmalıdır - Qocayev

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
İçərişəhərdə bunu edənlər cəzalandırılmalıdır - Qocayev

İçərişəhərdə son günlər aparılan işlərin görüntülərindən də aydın olur ki, qoruğun qala divarlarına zərər vurublar. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bunu edən şəxsləri cəzalandırmalıdır.

Bu sözləri Kult.az-a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin keçmiş müdiri, tanınmış inşaatçı Cahangir Qocayev deyib. O bildirib ki, İçərişəhərdə aparılan işlərin layihəsi olmalıdır:

“Bu layihələrdə qala divarlarına zərər vura biləcək bütün işlər qadağandır. Hazırda orada gedən işlər isə qala divarlarına zərər vurub. İçərişəhər tarixi abidələr siyahısına daxildir. Orada abidələrin qorunması, mühafizəsi təmin olunmalıdır”.

Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun qala divarlarına zərər vuran işlərin aparılması ilə bağlı görüntülər yayılıb. Artıq Feysbukda buna qarşı böyük kampaniya başladılıb.

Tarix
2019.04.25 / 14:04
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

Azərbaycan Almaniyaya qaz ixracı həcmini artıra bilər

Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə...

Hikmət Hacıyev Tural Sadıqlını bu sözlərlə darmadağın etdi - Video

Bakı ilə razılığa gəldik, mühüm siqnaldır - Merz

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Türkiyə S-400-ü Azərbaycana sata bilər? - General

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla