Yuxarı

Deputat universitetə gəldi: mühüm tədbir – Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetində (ADU) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni brendi olan SƏLİS-in (Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi) e-vətəndaş proqramının təqdimatına həsr olunmuş tədbir keçirilib.

Kult.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayaraq, şuranın Heydər Əliyevin cəmiyyətin inkişafında gördüyü işlərin çox məntiqli və sistemli şəkildə davamı kimi özünü göstərdiyini bildirib:

“Bu, Prezidentimiz İlham Əliyevin bilavasitə rəhbərliyi və tövsiyəsi ilə yaradılan şuradır. Dövlət dəstəyi, cəmiyyətdə gedən proseslərin, ideyaların, layihələrin üzə çıxmasına, reallaşmasına öz ciddi töhfələrini verib. Mənə, həmkarlarıma müəllim və tələbələrimiz tez-tez müxtəlif layihələr üçün müraciət edirlər. Həmin ideyaların cücərməsi, onların ardınca getməyiniz şansınızı həyata keçirmək üçün Dövlət Dəstəyi Şurası özü universitetə gəlib”.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev universitet rəhbərliyinə yaratdığı şəraitə görə təşəkkürünü bildirib:

“ADU-da olmaq bizim üçün xüsusi əhəmiyyətlidir. Ona görə ki, bu universitetin məzunları Azərbaycanı yalnız ölkə daxilində deyil, ölkə xaricində də çox uğurla təmsil edirlər. Dövlət sizi dəvət edir ki, cəmiyyətin inkişafında sizi, ictimaiyyəti maraqlandıran problemlərin həllində iştirak etsin. Dövlət vətəndaşa şərait yaradır ki, bizim gördüyümüz işlərdən başqa nəyi daha yaxşı etmək istəyirsinizsə, təkliflərinizi verin. Ona görə də şura öz fəaliyyətini daim yeniləməyə çalışır”.

A.Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.

Daha sonra SƏLİS Xidmətə daxil olan e-vətəndaş xidməti, vətəndaşların istifadə qaydaları, verəcəyi səmərə barədə hazırlanmış təlimat xarakterli video-çarx nümayiş olunub.

Tarix
2019.04.25 / 18:08
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla