Axar.az
Yuxarı

Axar.Az Logo

3 böyük şəxsiyyəti həyata “qaytaran” azərbaycanlı - Layihə

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az “Güneyli məşhurlar” layihəsində görkəmli ədəbiyyatşünas, şair Məmmədağa Sultanov haqqında yazını təqdim edir.

Məmmədağa Sultanməhəmməd oğlu Sultanov 1910-cu il yanvarın 5-də Güney Azərbaycanın Ərdəbil şəhərində anadan olub. Kiçik yaşlarından ailəsi ilə birlikdə Bakıya köçüb. İbtidai təhsilini Bakıda alan Məmmədağa atasının tövsiyəsi ilə Balaxanı kəndində fabrik-zavod məktəbində, daha sonra Sabunçu qəsəbəsindəki neft texnikumunda oxuyub. Lakin neftçi olmaq arzusu onun üçün həmişə ikinci planda qalıb. Gənc Məmmədağa əsl vətəndaşlıq borcunu gələcəyə savadlı insanları hazırlamaqda görürdü.

Həmin vaxtlar o, Sabunçu qəsəbəsində fəhlə klubunda fəal iştirak edir, müəllim kimi bədii-siyasi axşamlar təşkil edir, fəhlələrə, qadınlara savad öyrədir, gündəlik qəzetləri onlar üçün oxuyurdu. O, eyni zamanda həmin klubun nəzdində təşkil edilmiş və görkəmli ədibimiz Seyid Hüseynin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin iştirakçısı idi.

1931-ci ildə M.Sultanov qələmini ilk dəfə bədii tərcümə sahəsində sınayıb. O vaxtdan ara-sıra şeirlər, hekayələr yazıb, farsdilli klassik şairlərin əsərlərini - Xaqani, Nizami, Əssar Təbrizi, Sədi Şirazinin şeirlərini ana dilimizə tərcümə edib.

Məmmədağa müəllim 1933-cü ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasına daxil olub. Bundan sonra bir sıra dövlət təşkilatlarında, müxtəlif rayonlarda qəzet redaktoru vəzifəsində çalışıb. 1939-1941-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində fars dili müəllimi işləyib.

1942-ci ildə isə Təbrizdə ordunun siyasi şöbəsində baş təlimatçı vəzifəsində fəaliyyət göstərib. SSRİ-nin Tehrandakı səfirliyinin xüsusi təşəkkürünə layiq görülən Məmmədağa müəllim 1945-ci ildə ordudan tərxis olunaraq, Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsinə müdir vəzifəsinə təyin edilib. Bununla yanaşı, Bakı Dövlət Universitetində fars dili və İran ədəbiyyatı tarixindən dərs deyib.

1945-ci ilə qədər Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutu binasında xüsusi bir otaq vardı ki, qapısında “Əlyazmalar şöbəsi” yazılan lövhə vurulmuşdu. Otağın rəflərində iki minə yaxın fars, ərəb, Azərbaycan dillərində kitab, bir neçə şairin, ədibin arxivi düzülmüşdü. 1950-ci ildə bu balaca şöbə Məmmədağa müəllimin səyi nəticəsində müstəqil Respublika Əlyazmalar fonduna çevrilib. Fond əvvəlcə Nizami adına Ədəbiyyat Tarixi Muzeyində, daha sonra Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında geniş sahəyə köçürülüb.

Məmmədağa müəllim 1950-ci ildən 1972-ci ilə qədər Azərbaycan Elmlər Akademiyası Respublika Əlyazmalar fondunun direktoru vəzifəsində işini davam etdirib. Onun rəhbərliyi dövründə fondda saxlanılan nadir əlyazmalar və mətbu kitabların kataloqları tərtib və çap olunub.

70-ci illərdə Əlyazmalar fondunda görülən işlərin elmi səviyyəsi elə bir yerə çatır ki, onun xüsusi instituta çevrilməsi ideyası irəli sürülür, lakin bu işi görmək Sultanova qismət olmur. Ona qarşı olan bəzi qərəzli şəxslərə görə Məmmədağa müəllim öz istəyi ilə vəzifəsindən istefa verir. Lakin illər sonra ümummilli lider Heydər Əliyevin sayəsində Respublika Əlyazmalar fondu Hacı Zeynalabdin Tağıyevin yadigarı olan möhtəşəm binaya köçür və İnstituta çevrilir.

M.Sultanovun bir ədəbiyyatşünas kimi xidmətləri çox böyükdür. Azərbaycan ədəbiyyatı tarixində parlamış üç böyük şəxsiyyəti - Xaqani Şirvani, Abbasqulu ağa Bakıxanov və Əssar Təbrizini xalqımıza tanıtdıran və demək olar ki, həyata yenidən qaytaran Məmmədağa müəllim olub.

Onun bir neçə ədəbi kəşfi də var. Onlardan biri Bakıxanovun itmiş hesab edilən “Divan”ının tapılmasıdır. Məmmədağa müəllimin bacarığı sayəsində Bakıxanovun külliyyatının əlyazması üzə çıxıb. Bir çoxu bu əlyazmanın “Qüdsi“ təxəllüsü ilə yazan başqa şairlərə - Mirzə Həsib Qüdsiyə, Mirzə Hüseyn Səbzvari Qüdsiyə, Qüdsi Şeyx İbrahim Gəncəviyə aid olduğunu bildirsələr də, o, elmi dəlillərlə sübut etdi ki, bu külliyyat məhz Bakıxanovundur.

Məmmədağa Sultanovun istər publisistik, istər elmi-pedaqoji, istərsə də ədəbi-bədii və tərcüməçilik işləri Azərbaycan ədəbiyyatı tarixinin önəmli parçalarındandır.

Qeyd edək ki, görkəmli ədəbiyyatşünas Məmmədağa Sultanov 1991-ci il yanvarın 22-də Bakıda vəfat edib.

Tarix
2019.05.08 / 11:17
Müəllif
Aynurə Məmmədova
Şərhlər
Digər xəbərlər

Azərbaycanda zəlzələ oldu

Sabirabadda avtomobil arxa aşdı: yaralılar var

Batma təhlükəsi ilə üzləşən 11 nəfər xilas edildi

14 yaşlı yeniyetməni həmkəndlisi döyüb öldürdü

Yol polisi sərxoş sürücüləri cəzalandırdı

Rejissoru “Fulya”dan danışdı: Cavabınızı alacaqsınız...

Cəlilabad meşələrində yanğın - Foto

AYB Vətən müharibəsi ilə bağlı kitab hazırladı - Anar

Yük maşını qaz xəttini qırdı, 40 abonent qazsız qaldı

Nazilə Səfərli Xoşqədəmin şikayəti ilə saxlanıldı?

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla