Yuxarı

Ağaoğlunun qızına niyə təzyiq edirdilər?

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağaoğlunun qızına niyə təzyiq edirdilər?

Türkçülüyün patriarxlarından olan Əhməd bəy Ağaoğlunun ailəsinin Türkiyədə yaşadığı keşməkeşli həyatın ən maraqlı cizgilərindən biri də Ağaoğlu ailəsində böyüyən övladların ötkəm və prinsipial xarakteri idi. Genetik olaraq Əhməd bəy Ağaoğludan övladlarına keçən bu xüsusiyyətlər onlara bir ömür yol yoldaşlığı edib, ailənin əsas xarakterik obrazına çevrilib.

Əhməd bəy Ağaoğlu Maltada sürgündə olarkən qızları Sürayyə və Tezerə kinayə ilə “Ağayev” deyə müraciət etmələri onlara çox pis təsir edirdi. Türkiyənin elitası hesab edilən bu ailənin ən parlaq simalarından biri Türkiyə Cümhuriyyətinin ilk qadın vəkili Sürayyə Ağaoğlu “Bir ömür də böylə keçdi” adlı memuarında bu barədə yazır:

“O çağlarda məni üsyana sövq edən başqa səbəblərdən biri də ətrafımdakıların bizə “Ağayev” deyə müraciət etməsi idi. Rusiyada Ağayev soyadı daşıyan atam Birinci Dünya savaşından sonra soyadını Ağaoğlu etmişdi. Ancaq hələ də davam edən bu münasibət ilə bizə təzyiq etmək istəyənlər “Ağayev” deyərək, ailəmizin Rusiyadan gəlməsini xatırladırdılar”.

Bu məsələ türkçülük ruhunda böyüyən Ağaoğlu ailəsinin övladlarının heysiyyətinə toxunurdu. Bu mövzuda ən ilginc hadisələrdən biri də məhz Əhməd bəy Ağaoğlunun digər qızı, Qarsdan Türkiyə Böyük Millət Məclisinə deputat seçilmiş Tezer Ağaoğlu ilə bağlı baş verib.

Tezer Ağaoğlu TBMM-də təmsil etdiyi CHP-nin mətbu orqanı “Ulus” qəzetində qardaşı Səməd Ağaoğlu barəsində “Ağayevin oğlu” deyə bəhs etdikləri üçün CHP-dən deputat olmasına baxmayaraq, etiraz əlaməti olaraq partiyadan istefa vermişdi.

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü belə tənqid etməkdən çəkinməyən böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun qızlarının bu cür xarakteri Ağaoğlu genetik kodlarının daşıyıcısı olmasından xəbər verirdi.

Tarix
2019.05.10 / 16:31
Müəllif
Səməd Vəkilov
Digər xəbərlər

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla