Yuxarı

İlham Əliyevlə Rasim Balayev nə danışdı?

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyevlə Rasim Balayev nə danışdı?

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə dünən anım mərasimi zamanı qısa dialoqumuz oldu. Söhbətimiz çox qısa çəkdiyi üçün kino, sənət barədə danışmadıq. Ancaq mənim üçün çox xoş oldu ki, Prezident də, xanımı da görüş üçün özləri mənə yaxınlaşdılar.

Bu sözləri Kult.az-a xalq artisti, sevilən aktyor Rasim Balayev ötən gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasim zamanı Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə baş tutan görüşü barədə danışarkən deyib. R.Balayev bildirib ki, mərasim bitəndən sonra Prezident və xanımı ilk olaraq sənət adamlarının əyləşdiyi masaya yaxınlaşıb:

“Sənət adamları, ölkənin sayılıb-seçilən şəxsiyyətlərinin əksəriyyəti orda idi. Mərasim bitəndən sonra Prezident və xanımı ilk olaraq sənət adamlarının əyləşdiyi masaya yaxınlaşdı. Onlar təkcə sənət adamları ilə görüşdülər və sonra mərasimi tərk etdilər. Tahir Salahov, Zeynəb Xanlarova, Eldar Quliyev, Alim Qasımov, Arif Babayev... hamımız bir masada əyləşmişdik. Hamımızla görüşdü. Bu çox xoş təsir bağışladı mənə. Prezident də, xanımı da bildirdi ki, şəxsən məni orada görmək onlar üçün xoşdur. Özü şəxsən bildirdi ki, sizə daim diqqət var. Aramızda qısa da olsa, səmimi bir söhbət baş tutdu. Söhbətlə və görüşlə bağlı təəssüratım olduqca yüksəkdir. Prezidentlə aramızda baş tutan o dialoqdan bu anlaşıldı ki, bizim hələ sənət, bu sahədəki problemlər barədə Prezidentlə görüşlərimiz çox olacaq”.

Xatırladaq ki, ötən gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasim zamanı Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva xalq artisti Rasim Balayevlə görüşüb, söhbət ediblər.

Tarix
2019.05.11 / 15:36
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Qətiyyətli Lider!

Milli Məclisin növbəti iclası başladı

Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah

Vardanyanın vəkili Qərb mediasında bu təbliğatı aparır

Şuşaya hücum hazırlayan məsul şəxsin adı açıqlandı

Azərbaycan benzinini alan erməni oliqarx kimdir?

Taleh Ziyadov bu federasiyanın prezidenti seçildi

Bəxtiyar Vahabzadənin övladları İlham Əliyevə məktub yazdı

Ceyhun Bayramov Ərgüc Kələntərli ilə görüşdü

Liderlər İlham Əliyevi təbrik edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla