Yuxarı

Rus ansamblın Bakı konserti başa çatdı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın İqor Moiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblı Heydər Əliyev Mərkəzində üç günlük konsert proqramına yekun vurub.

Kult.az xəbər verir ki, bu, dünyada “İqor Moiseyev baleti” kimi tanınan məşhur kollektivin 20 illik fasilədən sonra Bakıda ilk çıxışı idi.

Azərbaycan mədəni həyatında mühüm hadisə olan proqram böyük tamaşaçı rəğbəti qazanıb.

Konsert proqramında XX əsrin əfsanəvi xoreoqrafı İqor Moiseyevin dünya klassik irsi kimi tanınan “Yay” rus rəqsi, “Çobanlar” Azərbaycan rəqsi, “Sirtaki” yunan rəqs süitası, Mixail Qlinkanın musiqisinin müşayiəti ilə “Araqon Hota”, argentinalı çobanların “Qauço” rəqsi, əfsanəvi “Alma” rəqsi və s. nömrələr təqdim olunub. Kollektiv son əsəri, argentinalı xoreoqraf Laura Roattanın səhnələşdirdiyi “Tango del Plata” rəqsinin premyerasını da Bakıda edib.

Qeyd edək ki, konsert SOCAR və “Qazprombank”ın dəstəyi ilə təşkil olunub.

Tarix
2019.06.02 / 15:53
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla