Yuxarı

Valideynlər imtahan prosesini izlədilər – Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Valideynlər imtahan prosesini izlədilər – Foto

Azərbaycan Dillər Universitetində (ADU) yaz semestrinin yay imtahan sessiyasını müşahidə etmək məqsədilə növbəti mediatur təşkil olunub.

Kult.az xəbər verir ki, ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Tamam Cəfərova media nümayəndələrini və valideynləri universitetdə görməkdən məmnun olduğunu deyib. O, keçən mediatur haqqında qısa məlumat verərək, universitetdə imtahan prosesinin izlənilməsinin açıq şəraitdə təşkil olunduğunu bildirib.

T.Cəfərova vurğulayıb ki, mediaturların təşkilinin məqsədi həm şəffaflığı təmin etmək, həm də imtahan prosesinə kömək etməkdir. Mediaturların təşkilinin ölkə rəhbərinin təhsilin inkişafına və onun demokratik idarə olunmasına verdiyi diqqətin nəticəsi olduğunu deyən prorektor bununla vətəndaşların idarəetmədə iştirakının təmin olunduğunu vurğulayıb.

Təhsil fakültəsinin dekanı, professor Fikrət Cahangirov və rektorun məsləhətçisi, iqtisad üzrə fəlsəfə doktoru Anar Osmanlı imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol verilmədiyini qeyd ediblər.

ADU-nun Valideynlər Komitəsinin sədri Zülfiyyə Hüseynova ADU-da tələbə və müəllimlər üçün yüksək səviyyədə şərait yaradıldığını deyib. Övladının məhz ADU-nun tələbəsi olmasından şad olduğunu deyən valideyn bu təhsil ocağının ölkənin qabaqcıl universitetlərindən olduğunu söyləyib.

Qeyd edək ki, ADU-da 2018-2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, habelə imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülməsinə kömək etmək məqsədi ilə İmtahan Qərargahı fəaliyyət göstərir.

Tarix
2019.06.28 / 16:14
Müəllif
Kult.az
Digər xəbərlər

Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır

Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi

Azərbaycanlı senator axtarışa verildi

Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır

Milli Məclis bu memorandumu ratifikasiya etdi

İlham Əliyev Bəhreynin Kralını təbrik etdi

Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN

Prezident qurultay iştirakçılarına müraciət ünvanladı

Gürcüstanın Zəngəzur dəhlizinə qarşı olmasının səbəbi...

Mehdiyev işi: Abbas Abbasov axtarışa verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla