Yuxarı

Rus zadəganlar 5 əsr türkcə danışıb – Rus tarixçi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus zadəganlar 5 əsr türkcə danışıb – Rus tarixçi

XI-XVI əsrlər rus aristokratiyası türk dilində danışıb. Bu yüksək təbəqəyə aidliyin qaydalarından sayılırdı. Həmin dövrdə bu dili tatar dili adlandırsalar da, elə eynilə türk dili idi.

Kult.az xəbər verir ki, bu sözləri Rusiya telekanallarından birində yayımlanan proqramda rusiyalı tarixçi, tarix elmləri namizədi Vadim Rudakov deyib.

Onun sözlərinə görə, hətta hər kəsə çox yaxşı tanış olan Monomax papağı da araxçının bir neçə dəfə şəklini dəyişməsi ilə yaranıb.

Türk dilinin qədimliyi barədə danışan alim bildirib ki, Qızıl Orda və ondan əvvəlki dövrlərdə rus aristokratiyası qıpçaq dilində danışıb.

“Monqol imperiyasının da dili türk dili olub. Öz dövründə bu dövlət ən qüdrətli və zəngin dövlət kimi tanınıb. Bu dili Rusiyada qıpçaq dili kimi tanıyırlar. Avropada qıpçaqları “kumanlar” adlandırıblar. Hətta məşhur Petravets kitabxanasında “Kodeks-Kumanikus” adlı sənəd saxlanılır. Burada sözlər 3 dildədir: kuman (qıpçaq), latın və fars. Bu lüğətə əsasən belə nəticəyə gəlmək olar ki, müasir türk dilləri o dövrlə müqayisədə çox dəyişib”, - tarixçi bildirib.

Tarix
2019.07.04 / 15:33
Müəllif
Əli, Orxan
Digər xəbərlər

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla