Yuxarı

Mədəniyyət naziri “Real”a müsahibə verdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mədəniyyət naziri “Real”a müsahibə verdi

Mədəniyyət naziri Əbülfəs Qarayev “Real” televiziya kanalına müsahibə verib.

Kult.az xəbər verir ki, müsahibədə Prezident İlham Əliyevin himayəsi və iştirakı il cari il mayın 2-3-də Bakı şəhərində “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında UNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESKO-nun tərəfdaşlığı ilə keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən söz açılıb. Bildirilib ki, Forumda bəşəriyyəti narahat edən problemlərin həlli ilə bağlı mühüm təşəbbüslər irəli sürülüb.

Müsahibədə iyunun 30-dan iyulun 10-dək Bakıda keçirilən UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasından da söz açılıb. Qeyd olunub ki, dünyanın 180-dək ölkəsindən 3 minə yaxın nümayəndənin qatıldığı sessiyada Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bununla da ölkəmizin Dünya irs siyahısında yer alan irs nümunələrinin sayı üçə çatıb.

Bu il mart ayının 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünün əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu əlamətdar görüşdə qaldırılan məsələlərin həlli istiqamətdə bir sıra işlər görülüb, hazırda bu proses davam etdirilir.

Müsahibədə dövlət başçısının “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli Fərmanında da toxunulub. Qeyd edilib ki, Fərmanın icrası ilə əlaqədar Mədəniyyət Nazirliyində müvafiq işçi qrupları yaradılıb. İşçi qrupları tərəfindən tabelikdə olan, şəhər və rayonlarda yerləşən bütün mədəniyyət müəssisələri haqqında ətraflı məlumatlar toplanılıb, təhlillər aparılıb və tanınmış mütəxəssislərin rəyi nəzərə alınmaqla beynəlxalq təcrübənin tətbiqi yolları araşdırılıb.

Müsahibənin tam versiyasını bu linkə daxil olmaqla izləmək mümkündür.

Tarix
2019.07.22 / 14:04
Müəllif
Kult.az
Digər xəbərlər

Fransa Azərbaycana təşəkkür etdi

Əgər Xəzər çətin vəziyyətdədirsə... - Leyla Əliyeva

İranda dəqiq zərbələr: növbə məscidlərindir?

Əli Əsədov Mişustinlə danışdı

Aralıq və Egeydə 22 milyon ton neftayırma potensialımız olacaq

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

“Qızıl Azərbaycan”a zərbə: bu görüntü təəccüb doğurdu - Video

İsrail 160 şagirdi niyə öldürdü? - Xəritə

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Qərbi Azərbaycanın 2 şəhərində 5 hədəfə zərbə endirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla