Yuxarı

Ermənilər bu məsələdə bizdən üstün idilər - Deputat

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə noyabrın 3-7-də Avropanın siyasi mərkəzi sayılan Brüsseldə “Avropada diaspora və media lobbiçiliyi” layihəsinin icrasına başlayıb.

Kult.az xəbər verir ki, layihə çərçivəsində Belçika-Azərbaycan Dostluq Cəmiyyəti, Belçika Türkcə Media Birliyi və Gent Türk Ocaqlarının birgə təşkilatçılığı ilə “Turkse Unie Brüksel” mərkəzində “Azərbaycan və Avropa KİV-ləri arasında əməkdaşlıq” mövzusunda dəyirmi masa keçirilib.

Konfransda Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin üzvü Əflatun Amaşov, ATXƏM-in sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü İlham İsmayılov, ATXƏM-in icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin və “Hədəf Qlobal” qrupunun rəhbəri, “Ustad” jurnalının baş redaktoru, dos.dr. Şəmil Sadiq və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi bildirib ki, artıq bir neçə ildir mütəmadi olaraq Belçikada ATXƏM-lə birlikdə Azərbaycan həqiqətlərinin təbliği yönündə layihələr həyata keçirilir, Xocalı soyqırımının Avropanın siyasi mərkəzlərində tanıdılması üçün vacib işlər görülür.

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi məsələlər şöbəsinin diasporla iş sektorunun müdiri Qafar Əliyev Azərbaycan həqiqətlərinin Avropada yayılmasında və KİV-lərlə əməkdaşlığın qurulması sahəsində diaspor təşkilatlarının rolundan danışıb.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov vurğulayıb ki, əvvəllər erməni lobbi və diaspor təşkilatları bəzi məqamlarda bizdən daha üstün olurdular: “Zaman-zaman Dağlıq Qarabağ problemi ilə bağlı obyektiv həqiqətləri dünyaya yansıda bilmədik. Demək olmaz ki, hazırda bu sahədə hər şey tam qaydasındadır. Amma biz indi heç də loru desəm, piyada deyilik. Əvvəla, Azərbaycan dövləti bu sahədə kifayət qədər ardıcıl iş aparır. İkincisi isə diaspor təşkilatlarımızın özünün də aktivliyi hiss olunmaqdadır”.

Tədbirdə çıxış edən Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov, Hollandiya Azərbaycan-Türk Dostluq Cəmiyyətinin sədri İlhan Aşkın, Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, İraq Türkmən Cəbhəsinin Avropa təmsilçisi Həsən Aydınlı, dos.dr Şəmil Sadiq və başqaları diaspor təşkilatları ilə media qurumları arasındakı problemlərdən danışıblar.

Sonda Azərbaycan həqiqətlərinin təbliğində xarici media qurumları ilə intensiv işlərin aparılması bir daha vurğulanıb.

Tarix
2019.11.05 / 11:30
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla