Yuxarı

Bayrağımızla bağlı təklifə xalq artistlərindən - Reaksiya

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayrağımızla bağlı təklifə xalq artistlərindən - Reaksiya

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə cəmiyyətə çağırış edib. O, hər kəsi inzibati binalardan, evlərin önündən, eyvanlardan, nəqliyyat vasitələrindən üçrəngli bayrağımızı asmağa çağırıb.

Kult.az tanınmış sənət nümayəndələrinin bu çağırışla bağlı fikirlərini öyrənib.

Xalq artisti Flora Kərimova: Çox gözəl çağırışdır və mən bunu dəstəkləyirəm. Özüm də mütləq bu çağırışa qoşulacağam. Bayrağımız hər birimizin evindən asılmalıdır. Çünki bayraq bizim namusumuz və azadlığımızdır.

Xalq artisti Mübariz Tağıyev: Mən artıq qoşulmuşam və bu təşəbbüsü yüksək qiymətləndirirəm. Mən də hər kəsi bu çağırışa qoşulmağa dəvət edirəm.

Xalq artisti Brilyant Dadaşova: Mən hazırda Azərbaycanda deyiləm, Bakıda olsaydım, məmnuniyyətlə bu çağırışa qoşulardım. Amma bizdə illərdir bağ evində bayrağımız asılıb. Düşünürəm ki, bayrağımız təkcə Bayraq Günündə deyil, hər zaman eyvanımızda dalğalanmalıdır.

Xalq artisti Mənsum İbrahimov: Mən bu çağırışı eşidəndə çox sevindim. Əlbəttə ki, sevə-sevə bu çağırışa qoşulacağam. Belə çağırışlar Türkiyədə daha çox edilir və bir çox tanınan simalar çağırışlara qoşulur. İndi ölkəmizdə də belə dəyərli çağırışların olduğunu görmək çox gözəldir. Mən inanıram ki, bizim də tanınan simalar bu çağırışa qoşulacaq və bu, kütləvi hal alacaq. Fürsətdən istifadə edib, bütün sənət dostlarımı, sənətkarlarımızı bu çağırışa qoşulmağa dəvət edirəm. Çünki bu, çox qürurverici addımdır.

Xalq artisti Alim Qasımov: Çox gözəl təşəbbüsdür, mütləq qoşulmaq lazımdır. Evdə uşaqlara tapşıracağam ki, bayrağımızı evin eyvanından assınlar.

Əməkdar artist Lalə Məmmədova: Gözəl çağırışdır. Mən istəyərəm ki, bayrağımız hər zaman binaları öz gözəlliyi ilə bəzəsin. Həmçinin, düşünürəm ki, bu, bizim gənclərimizdə vətənpərvərlik hisslərinin artmasına səbəb olacaq. Bu mənada bu təşəbbüsü dəstəkləyirəm.

Müğənni Nura Suri: Düşünürəm ki, vətənini, millətini və bayrağını sevən hər kəsin evində Azərbaycan bayrağı olmalıdır. Bu baxımdan Raqif Abbasovun təşəbbüsü təqdirə layiqdir. Amma tək bayram günlərində deyil, digər günlərdə də bayrağımız evlərimizin eyvanında dalğalanmalıdır. Çünki bu, vətənə və bayrağa olan sevginin göstəricisidir.

Tarix
2019.11.08 / 16:36
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Prezident WUF13-də iştirak edənlərin şərəfinə ziyafət verdi

Azərbaycanda bu xəstəliyə görə 7 milyon pul xərclənəcək

Azərbaycan bizə dəstək oldu, Ermənistan isə... - İran

Azərbaycanlı yazıçı Bakıdan deport olundu

Tehrandan sonuncu təyyarə Bakıya gəldi - Müharibə başlayır?

Qara şəhər əvəzinə Ağ şəhəri görə bilərsiniz - Əliyev

SOCAR prezidentinin gürcü müşavirinə yüksək vəzifə verildi

İlham Əliyevlə Vuçiçin səmimi - Fotoları

Azərbaycan Ordusu başlamışdı: Rusiyada şok yaşanır - Video

Bakıda Liderlər Sammiti: kimlər iştirak etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla