Yuxarı

Qardaş Türkiyədən Azərbaycana bayram təbriki - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qardaş Türkiyədən Azərbaycana bayram təbriki - Video

Türkiyənin tanınmış ictimai-siyasi, mədəniyyət və incəsənət xadimləri, televiziya aparıcıları 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik ediblər.

Report xəbər verir ki, onlar videoçarx vasitəsilə öz istək və arzularını dilə gətiriblər.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bayram təbrikini bu ifadələrlə bildirib: “Bir millət, iki dövlət!” ifadəsi ilə güclənən qardaşlığımızı daha yüksək səviyyələrə çıxarmaq həm ortaq mirasımıza, həm də gələcək nəsillərə olan borcumuz və vəzifəmizdir. Çünki azadlığımız, gələcəyimiz, əmin-amanlığımız bir-birinə bağlıdır. Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir!”.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop isə vurğulayıb ki, Azərbaycan Türkiyənin olmadığı yerdə həmişə onların hüquqlarını layiqincə müdafiə edib.

Bundan başqa, Türkiyə parlamenti sədrinin müavini Levent Gök, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini Mövlud Karakaya, Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının sədr müavini Muhammet Emin Akbaşoğlu, tanınmış aktyor və şoumen Okan Bayülgen, modelyer və müğənni İvana Sert, müğənni Hakan Peker, bəstəkar-müğənni Mustafa Ceceli, futbol şərhçisi Tümer Metin, tanınmış aparıcı Seba Tümer, aktyor Selim Bayraqdar, müğənni Əbru Yaşar da Azərbaycan xalqını təbrik ediblər.

Qeyd edək ki, Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Tarix
2019.11.09 / 11:32
Müəllif
Kult.az
Digər xəbərlər

Ruben Vardanyana hökm oxundu - Yenilənib

İsrail hücum edəcək, ABŞ isə “qoruyacaq” - Ekspert

Bu ölkə Ermənistana “Harop”un analoqunu verdi

Vardanyanın cəzalandırılması regionu nələrdən xilas etdi?

Şahin Şıxlınskiyə 23 il həbs tələb edildi

Peter Pelleqrini Qarabağa səfər edəcək

İlham Əliyev Çin sədrini təbrik etdi

Volqoqraddan Azərbaycana 4,7 min ton buğda gətirildi

Paşinyan Azərbaycanla bağlı vəd istədi, Vens söz vermədi

Bu ölkələrin vətəndaşları Azərbaycana 3 dəfə vizasız gələ biləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla