Yuxarı

BMT nümayəndəsi Tarix İnstitutunun fəxri doktoru oldu - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
BMT nümayəndəsi Tarix İnstitutunun fəxri doktoru oldu - Foto

Bu gün AMEA-nın Tarix İnstitutunun Elmi Şurasının genişləndirilmiş iclasında BMT baş katibinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi, Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri və Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri Abdullah Mətuq əl-Mətuqa institutun fəxri doktoru diplomu təqdim olunub.

İnstitutdan Kult.az-a verilən məlumata görə, görkəmli ictimai xadim Abdullah Mətuq əl-Mətuq bu fəxri ada Azərbaycan-Küveyt dostluq əlaqələrinin inkişafında və Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda müdafiəsindəki böyük xidmətlərinə görə layiq görülüb.

Tədbirdə çıxış edən Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Azərbaycan ilə Küveyt arasındakı sıx münasibətdən danışaraq, yaxın keçmişdə Küveytdə institutun ərəb dilindəki nəşrlərinin təqdimatını keçirdiklərini bildirib.

Həmçinin Yaqub Mahmudov Azərbaycan həqiqətlərindən danışaraq bildirib ki, müasir Ermənistan Respublikasının ərazisi tarixi Azərbaycan torpaqlarıdır:

“Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə yaradılıb. Erməni vandalları İrəvan xanlığının torpaqlarında, o cümlədən İrəvan şəhərində 300-dən çox məscidi yerlə yeksan ediblər. Hazırda erməni vandalizmi işğal altında olan Qarabağ torpağında da davam edir. Orada məscidlərimiz və digər tarixi abidələrimiz məhv edilib, bəzi məscidlərimizdə isə donuz saxlanılır”.

Tədbirdə bildirilib ki, bu gün elmi müəssisənin nəşrləri türk, ingilis, rus, ərəb, alman, fransız, italyan və başqa dillərdə oxunur. Azərbaycan tarix elmi İrəvan xanlığına, Qarabağ və Naxçıvan tarixinə həsr olunmuş fundamental əsərlərdə erməni saxtakarlarına sarsıdıcı zərbə vurub. Prezident İlham Əliyev bütün bu uğurlara görə institutun 13 əməkdaşını Azərbaycanın Dövlət mükafatına layiq görüb.

Daha sonra çıxış edən Abdullah Mətuq əl-Mətuq hər zaman bütün Azərbaycan həqiqətlərini öz səlahiyyətləri çərçivəsində bəyan və müdafiə etdiyini vurğulayıb:

“Dəfələrlə Prezident İlham Əliyevlə görüşmüşəm. O, müasir dünyanın böyük dövlət xadimlərindən biridir. Azərbaycanda gedən sürətli inkişafdan çox məmnunam. Şeyxülislam Allahşükür Paşazadə ilə dostluq əlaqələrim var. Hazırda Dünya dini liderlərinin II Bakı Sammitində iştirak edirəm”.

İclasda çıxış edən tarixçi alimlərimiz Abdullah Mətuq əl-Mətuqa Azərbaycan həqiqətlərini beynəlxalq miqyasda müdafiə etdiyinə görə təşəkkür ediblər.

Tarix
2019.11.15 / 17:00
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

Hacıyev Qətər əmirinin milli təhlükəsizlik müşaviri ilə görüşdü

Rusiya Zəngəzur dəhlizinə etiraz etdi

Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü

30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla