Yuxarı

Vilayət Quliyevdən sabiq nazirə ittiham: Oğru, çapovulçu!

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vilayət Quliyevdən sabiq nazirə ittiham: Oğru, çapovulçu!

Azərbaycanın Macarıstandakı səfiri, ədəbiyyatşünas alim Vilayət Quliyev sabiq rabitə naziri Nadir Əhmədovu oğurluqda ittiham edib.

Kult.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında yazan Vilayət Quliyev Nadir Əhmədovun onun 2008-ci ildə “525-ci qəzetdə” çap olunan “Türk ordusunun azərbaycanlı generalları” adlı məqaləsini 2009-cu ildə “Elm və Təhsil” nəşriyyatında çıxan “İblis xislətli erməni” kitabına, daha sonra www.nadir-ahmedov.com saytına daxil etdiyini bildirib.

“Deyəsən, son illərdə əli maddi “çak-çuk”dan çıxan keçmiş həmkarım Nadir müəllim Əhmədov ixtiyar yaşında intellektual çapovulçuluğa girişib. İndi Quqlda axtarış verəndə bir sətrini də yazmadığı, uzun zəhmət və axtarışların bəhrəsi olan məqaləm Nadir müəllimin “əsəri” kimi təqdim olunur.

Məqalədə haqqında danışılan general-polkovnik Məhməd Nuri və ordu generalı Mahmud Berköz (Sarıkərimli) qardaşları əslən şəkili olduqları üçün yəqin, Nadir müəllim elə hesab edir ki, bu mövzudan yazmaq başqa bölgədən olan bir kimsənin işi deyil, yalnız onun şəninə şayandır. Amma yeni peyda olmuş “qocaman ədib” heç olmasa köhnə şəkili kimi vətəninin övladlarından söz açan yazıya bir-iki məhəlli ştrix əlavə eləsəydi, yenə də dərd yarı idi”, - V.Quliyev qeyd edib.

Vilayət Quliyev bildirib ki, həmin yazını Ülviyyə Tahirqızı adlı bir müəllif də öz məqaləsi kimi çap etdirib:

“Görünür, “oğrudan oğruya halaldır” prinsipi ilə hərəkət edən Ülviyyə Tahirqızı adlı bir xanım da eyni yazını başlığını da dəyişmədən “Xalq Cəbhəsi” qəzetində öz araşdırması kimi çap etdirib”.

Qeyd edək ki, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev 1999-2004-cü illərdə Azərbaycanın xarici işlər naziri vəzifəsində çalışıb.

Nadir Əhmədov isə 1997-2004-cü illərdə rabitə naziri olub.

Tarix
2019.12.05 / 11:54
Müəllif
Aqşin
Digər xəbərlər

İslamın yanlış təqdim edilməsi... - XİN

Türkiyə və Azərbaycan diplomatları Suriyada görüşdülər

Kürd qruplaşmaları azərbaycanlılara çağırış etdilər

Azərbaycan AB-nin xüsusi diqqətinə layiqdir - Leterm

Qasım Süleymani Qarabağda şəbəkə qurmuşdu - Ağabekyan

ABŞ-ın İrana qarşı 2 planı alınmadı - C planı işə düşdü

İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı

İranın bu müharibədə qələbəsi qaçılmazdır - Ekspert

Ölkədə bu heyvan ətlərinin satışına qadağa qoyulur?

Paşinyanla seçkidə yalnız o rəqabət apara bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla