Yuxarı

Turistlərin düşdüyü avtobus qəzası ilə bağlı - Rəsmi açıqlama

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Turistlərin düşdüyü avtobus qəzası ilə bağlı - Rəsmi açıqlama

Daxili İşlər Nazirliyi (DİN) turistlərin düşdüyü yol qəzası ilə bağlı məlumat yayıb.

Axar.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 26-da saat 10 radələrində Ağsu rayonunun Nüydü kəndi ərazisində Şəki rayon sakini İlham Quliyevin idarə etdiyi VAZ-2106 və Gürcüstan vətəndaşı R.Ramazanovun idarə etdiyi “Mersedes” markalı avtobus toqquşduqdan sonra sonuncu avtomobil aşıb.

Nəticədə İ.Quliyev və sərnişinlərindən arvadı İlahə hadisə yerində ölüb, azyaşlı qızı Aysu və oğlu, habelə R.Ramazanovun 3 sərnişini xəstəxanaya yerləşdirib. Xəsarət alan Aysu xəstəxanada ölüb.

Avtobusun sürücüsü şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Tarix
2020.01.27 / 18:39
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağ izli qanlı cinayət: Nazaryana ittiham irəli sürüldü

Sülhə gedən yolda son maneə onlardır - Paşinyan

Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Mansur Yavaş prezidentliyə namizəd olacaq? – Özü danışdı

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla