Yuxarı

Azərbaycanda 2-3 yaşlı uşaqlar koronavirusa yoluxdu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda 2-3 yaşlı uşaqlar koronavirusa yoluxdu

Bizim 2-3 yaşdan 89 yaşadək yoluxmuş xəstəmiz var.

Axar.az xəbər verir ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı “Diqqət mərkəzi-Yekun” verilişində yaş spektrindən danışarkən deyib.

"Süni tənəffüs aparatına bağlı bir xəstənin qidalanması, dərmanlarının verilməsi, gigiyenik yardımının göstərilməsi və s. bütün bunlar çox ağırdır. Artıq ölkəmizin bütün regionlarında az və ya çox yoluxma faktı var. Biz bir həftə əvvəl yoluxma faktları ilə bağlı təkxanalı rəqəmlərdən danışırdıq, indi cütxanalı rəqəmlərdən danışırıq. Dua edək ki, gələn dəfə üçxanalı rəqəmlərdən danışmayaq.

Bizim xəstəxana tutumumuz var. Qərar vermişik ki, simptomatik və ya asimptomatik olmasından asılı olmayaraq bütün pozitiv xəstələri regionlar daxil olmaqla 22 xəstəxanaya yerləşdirək. Tibb müəssisələrində onları təcrid edək. İki aylıq bir təcrübəmiz var. Deyə bilərik ki, özünü qrip adı ilə evdə müalicə etmək istəyən şəxslərin sonradan vəziyyəti yaxşı olmur. Bu gün özünü çox yaxşı hiss edən sabah ağırlaşa bilər. Həmin şəxsləri biz nəzarət altında saxlamaqla, həm də onların ailə üzvlərini qorumuş oluruq.

Bu gün imkanımız buna yol verir. Ancaq gündəlik yoluxma halları üçxanalı rəqəmlərə çıxsa, vəziyyət çətin olacaq. Bizim 2-3 yaşdan 89 yaşa kimi yoluxmuş xəstəmiz var. Bu virusun yoluxması sərhəd tanımır", - o bildirib.

Tarix
2020.04.06 / 01:51
Müəllif
Axar.az
Digər xəbərlər

Asiyada yeni müharibə başlayır: Hərbi əməliyyata hazırlıq başladı

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

Paşinyanın bu qərarı Putini qorxutdu

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

Azərbaycan zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verdi

İran müharibəsi: Azərbaycan müdafiəni belə gücləndirir...

Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla