Yuxarı

Güclü leysan bu rayonlarda fəsadlar törətdi - Yeniləndi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güclü leysan bu rayonlarda fəsadlar törətdi - Yeniləndi

20:06

Daşkəsən, Gədəbəy, Göygöl və Samux rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur.

Axar.az-ın Report-a istinadən məlumatına görə, küləklə müşahidə olunan yağıntılı hava şəraiti bir sıra fəsadlar törədib.

Belə ki, Daşkəsən rayonunda leysan yağış səbəbindən bəzi ərazilərdə təsərrüfata zərər dəyib. Avtomobil yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Samux rayonunun da bəzi qəsəbə və kəndlərində elektrik enerjisinin verilməsi dayandırılıb.

Şəmkir rayonunda güclü külək ağacları aşırıb, elektrik enerjisinin verilməsi dayandırılıb. Avtomobil yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir. Dağlıq rayonlarda güclü ildırım çaxır.

***

Bu gün Daşkəsən, Gədəbəy, Şəmkir, Göygöl və Samux rayonlarında yanğıntılı hava şəraiti müşahidə olunub.

Güclü küləklə müşahidə olunan yanğıntılı hava şəraiti bölgənin bir neçə rayonunda və Gəncə şəhərində fəsadlar törədib.

Belə ki, Daşkəsən rayonunda yağan leysan bəzi ərazilərdəki təsərrüfata zərər vurub. Gəncə-Daşkəsən avtomobil yolunda nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Samux və Şəmkir rayonuna da güclü yağış yağıb, bəzi qəsəbə və kəndlərdə elektrik enerjisinin verilməsində fasilələr olub. Hər iki rayonda yağış nəqliyyat vasitələrinin hərəkəti üçün çətinliklər yaradıb.

Analoji hava şəraiti Gədəbəy rayonunda da müşahidə olunub. Rayona dolu düşüb, güclü külək ağacları sındırıb. Bir neçə ucqar kəndlərə elektirik enerjisinin verilməsi dayandırılıb.

Gəncə şəhərində yağışla müşahidə olunan güclü külək bir neçə ağacı aşırıb, elektirik xətlərini sıradan çıxarıb. Bu səbəbdən şəhərin bəzi hissəsinə elektirik enerjisinin verilməsi dayandırılıb.

Hazırda yağıntılı hava şəraiti müşahidə olunmur.

Tarix
2020.07.28 / 23:38
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

Azərbaycan XİN Tunisi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla