Yuxarı

Bu, mədəniyyətimizə zərbədir – Valeh Kərimov

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, mədəniyyətimizə zərbədir – Valeh Kərimov

Karantin qaydalarının gözlənilməsi şərtilə teatrların fəaliyyətinin bərpası çox təqdirəlayiq olardı.

Bu sözləri Kult.az-a açıqlamasında xalq artisti Valeh Kərimov teatrların fəaliyyətinin bərpası ehtimalından bəhs edərkən söyləyib.

“Teatrlar 1 ilə yaxındır ki, koronavirus pandemiyası səbəbindən fəaliyyətini dayandırıb, mən isə 6 ildir ki, teatrdan uzaqlaşdırılmışam. Təqaüddəyəm. Həmkarlarımı çox yaxşı başa düşürəm, mən o ağrını 6 ildir çəkirəm”, - deyə aktor qeyd edib.

V.Kərimov teatrların qapalı qalmasını mədəniyyətimizə zərbə kimi qiymətləndirib:

“ Şərt deyil ki, tamaşanı seyr etməyə 500 izləyici gəlsin, 50, 60, 100 nəfər olsun, hər kəs məsafəli şəkildə əyləşərsə, niyə də yox? Aktyor həmişə formada qalmalıdır. Bu baxımdan, düşünürəm ki, teatrların fəaliyyəti bərpa olunmalıdır”.

Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova isə bildirib ki, bu işlə Operativ Qərargah məşğul olur.

F.Acalova, həmçinin hazırda teatrların karantinin aradan qaldırılmasından sonra hansı iş cədvəlində fəaliyyət göstərəcəyinə dair danışıqların aparıldığını da vurğulayıb.

Tarix
2021.02.04 / 08:00
Müəllif
Xədicə Nəbiyeva
Digər xəbərlər

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla