İsrail ordusu bu şəhəri mühasirəyə aldı
00:46
| Ana səhifə Hadisə |
|
İtaliyalı astronom Qalileo Qalileyin İspaniya Milli Kitabxanasından 1 yox, 5 əsəri oğurlanıb.
Kult.az xəbər verir ki, bu barədə İspaniya Mədəniyyət Nazirliyi məlumat yayıb.
Araşdırma zamanı məlum olub ki, kitabxanada bazaya yerləşdirilmiş 15 minə yaxın kitab və sənəd yoxa çıxıb. Onlardan 54-ü xüsusi qiymətli hesab olunur. Kitab və sənədlərin əksəriyyəti 1980-1990-cı illər aralığında yoxa çıxıb.
Yoxa çıxan qiymətli əsərlərin siyahısı İspaniya polisinə təqdim olunub.
Qeyd edək ki, bu ilin martında Qalileo Qaliley tərəfindən hazırlanan elmi əsərin İspaniya Milli Kitabxanasından oğurlandığı bildirilmişdi.
|
Tarix
2021.05.07 / 01:55
|
Müəllif
Kult.az
|