Yuxarı

Mingəçevirdə faciə: ana və qızları zəhərləndi - ölən var

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mingəçevirdə faciə: ana və qızları zəhərləndi - ölən var

22:11

Biləsuvar rayon sakini dəm qazından boğularaq ölüb.

Axar.az xəbər verir ki, hadisə Səmədabad kəndində qeydə alınıb. Belə ki, 19 yaşlı Rəmsudə Süleyman qızı Əliyeva yaşadığı evdə, hamamda dəm qazından boğularaq vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

***

Mingəçevir şəhərində 7 yaşlı qız vanna otağında boğularaq ölüb, 10 yaşlı bacısı isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hadisə şəhərin Energetiklər yaşayış massivində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü A.Şirinova 7 və 10 yaşlı qızlarını içərisi yarıya qədər suyla dolu vannada çimizdirən zaman anidən huşunu itirərək yıxılıb. Yaxınları vanna otağına daxil olan zaman qadının yerdə, 10 yaşlı uşağın isə vannada huşsuz vəziyyətdə olduğunu, 7 yaşlı qızın isə suyun içərisində boğulduğunu görüblər. Onlar yaxınları tərəfindən xəstəxanaya aparılıb. Lakin 7 yaşlı qızın öldüyü məlum olub.

Qadına həkimlər tərəfindən tibbi yardım göstərilib, daha sonra evə buraxılıb. On yaşlı qızın isə vəziyyəti qənaətbəxşdir, hazırda müalicəsi davam etdirilir.

Qeyd edək ki, onların vanna otağında dəm qazından zəhərləndiyi, qadın və uşaqlarının bu səbəbdən huşlarını itirdiyi, huşu özündə olmayan 7 yaşlı qızın isə suda boğulduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2022.01.22 / 23:17
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla