Yuxarı

Bakıda dəhşətli yanğın: 2 mənzil yandı, ölən var - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022.05.17 - 23:04

Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Report-un hadisə yerində olan müxbirinin əldə etdiyi məlumata görə, yanğın nəticəsində bir nəfər ölüb.

***

Yasamal rayonunda üçmərtəbəli yaşayış binasında baş vermiş yanğın məhdudlaşdırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 22:30 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Qüvvələrin operativ müdaxiləsi və əlaqələndirilmiş fəaliyyəti sayəsində yanğın saat 23:05-də məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində geniş əraziyə yayılmasına imkan verilməyərək saat 23:23-də söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edək ki, yanğın nəticəsində 73 yaşlı şəxsin öldüyü bildirilir.

***

17 may 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi ev 62 ünvanında yerləşən üçmərtəbəli yaşayış binasında yanğın baş verib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Hazırda prokurorluq, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti orqanların nümayəndələri hadisə yerindədilər. Prokurorluğun müstəntiqləri və kriminalistləri tərəfindən zəruri istintaq hərəkətləri həyata keçirilir.

İlkin məlumata əsasən, hadisə nəticəsində həmin yaşayış binasının 2-ci mərtəbəsində yaşayan 1948-ci il təvəllüdlü Elen Abdulabəyova ölüb. İctimaiyyətə əlavə məlumat veriləcəkdir.

***

Məlumat verildiyi kimi, Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Yanğın nəticəsində 7 nəfər xilas olunub, 1948-ci il təvəllüdlü Yelen Amirovna Abdullayevanın meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, mənzillər arasındakı arakəsmələrin taxta konstruksiyalardan ibarət olması səbəbindən alovun geniş əraziyə yayılma riski yüksək olsa da yanğınsöndürmə qüvvələrinin gördüyü operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək binanın böyük hissəsi yanğından mühafizə olunub.

Belə ki, yanğın nəticəsində ilkin hesablamaya əsasən, 2 mənzil və ümumi istifadədə olan eyvan cəmi 75 kv.m sahədə yanıb, digər mənzillər yanğından mühafizə olunub.

Tarix
2022.05.18 / 00:40
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə Paşinyanın görüşü başladı - Video

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi...

Elşən İbrahimov Rusiyanı belə tərk elədi - Video

Rusiya Azərbaycandan bu məhsulların idxalına qadağa qoydu

İlham Əliyev BƏƏ prezidentinə hədiyyə təqdim etdi - Foto

Elşən İbrahimov Rusiyadan deportasiya olunur

Baş nazir mühüm qərar imzaladı

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Azərbaycanla BƏƏ hərtərəfli tərəfdaşlıq sazişi imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla