Yuxarı

Vilayət Əliyev vəfat etdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vilayət Əliyev vəfat etdi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektorunun müşaviri, filologiya elmləri doktoru, professor Vilayət Əliyev vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə ADPU məlumat yayıb.

Alim 84 yaşında dünyasını dəyişib.

V.Əliyev 1938-ci ildə Nuxa (indiki Şəki) rayonunun Daşbulaq kəndində anadan olub. 1962-1967-ci illərdə Azərbaycan SSR EA Dilçilik İnstitutunda (elmi işçi), 1967-1970-ci illərdə M.F.Axundov adına Dillər İnstitutunda, 1971-ci ildə İrəvan Pedaqoji İnstitutunun Azərbaycan bölməsində, 1972-1977-ci illərdə Y.Məmmədəliyev adına Naxçıvan Pedaqoji Universitetində, 1977-ci ildən V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda işləyib, 1997-2016-cı illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin həm də elmi işlər üzrə prorektoru, 2016-cı ildən isə rektorun müşaviri olub.

Özbəkistanda, Türkiyədə, Türkmənistanda, Rusiyada elmi konfranslarda, Türkiyədə Türk xalqları və Topluluqlarının IX qurultayında iştirak edib.

Türkologiya, Azərbaycan dilçiliyi, toponimika sahəsində 200-dən çox elmi məqalənin müəllifidir, Maqsud Şeyxzadənin iki cildliyini özbəkcədən tərcümə edib.

AMEA-nın Dilçilik İnstitutunun Dissertasiya Müdafiə Şurasının həmsədri olub.

Tarix
2022.12.12 / 20:22
Müəllif
Axar.az
Digər xəbərlər

Bu nazirin 5 müavini eyni universiteti bitirib

ABŞ-dan Prezidentin kortejinə edilən hücumla bağlı açıqlama

İranlı nazir Azərbaycana gəlir - Səfərin təfərrüatı

Sərnişin və yük daşımalarına icazə alınması ilə bağlı yenilik

Ağ Ev Əliyevlə Paşinyanın bu fotosunu paylaşdı

Məlahət Gözəlova rəis müavini təyin olundu

Səfirlikdən bəyanat: Prezidentin korteji otelə yaxınlaşarkən...

Prezidentlər arasında məktub mübadiləsi...

Mehmanın Mehdiyev və FSB etirafı – Niyə “rusca”?

Zülfüqarov ABŞ-dakı insidentdən nələr dedi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla