Yuxarı

Qalmaqal: 7 professor elmi şuradan uzaqlaşdırıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qalmaqal: 7 professor elmi şuradan uzaqlaşdırıldı - Video

Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərən Akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində 7 professorun heç bir səbəb və xəbərdarlıq olmadan elmi şuranın tərkibindən çıxarıldığı bildirilir.

Axar.az xəbər verir ki, professorların sözlərinə görə, qərar onlara əvvəlcədən xəbərdarlıq edilmədən və səsvermə keçirilmədən elan olunub.

Mərkəzdə uzun illər fəaliyyət göstərən ümumi cərrah, professor Qurbanxan Müslümov iddia edir ki, onlara bu qərarın birbaşa olaraq Səhiyyə Nazirliyinin tapşırığı olduğu deyilib:

"Hazırda dünyanın 12 universitetinin fəxri professoruyam, dünyanın cərrahiyə üzrə ən böyük cəmiyyətlərindən biri Asiya Cərrahlar Cəmiyyətidir və mən o cəmiyyətinin idarə heyətinin üzvüyəm. Amma 30 il çalışdığım bir universitetin elmi şurasından heç bir izahat verilmədən 7 professor xaric edilib”.

Professorun sözlərinə görə, elmi şuranın üzvləri əsasnaməyə uyğun olaraq səsvermə yolu ilə seçilib, eyni qaydada da çıxarılmalıdır. Bu prosedura da əməl edilməyib.

Elmi şuradan çıxarılan digər professor, ümumi cərrah Zərraf Şirinov da deyir ki, ona hansı səbəbdən elmi şuradan uzaqlaşdırıldığı haqqında məlumat verilməyib:

"Bizə izah etdilər ki, guya səhiyyə nazirinin göstərişidir. Biz də nazirə məktub yazdıq ki, aydınlıq gətirsinlər ki, bizi hansı səbəbdən kənarlaşdırıblar. Bizə qarşı olan haqsızlığın nədən qaynaqlandığını bilmirəm”.

Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən bildirilib ki, sözügedən elmi şuranın üzvülərinin tərkibi və sayı seçki əsasında yox, təqdimat əsasında nazirlik tərəfindən təsdiq edilir.

Qeyd edilib ki, köhnə elmi şuranın tərkibində uyğunsuzluq var imiş və 25 üzvdən 10-u eyni ixtisası təmsil edirmiş.

Daha ətraflı Xəzər TV-nin süjetində:

Tarix
2026.02.21 / 00:01
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin tapşırığı: İrana humanitar yardım yola salınır - Foto

Prezidentdən İran açıqlaması: Yanında olmağa davam edəcəyik

İran doğrudanmı F-35-ləri vurur? - Ekspert

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

Dövlətlər buna sövq edilir - DTX rəisi

Tramp İran savaşını bu tarixdə bitirəcək

Ceyhun Bayramov uqandalı nazirlə görüşdü

Daha bir dələduzluq forması: “İran ordusuna yardım”... - Foto

Bu, əməliyyat şəraitinə ciddi təsir edir - Əli Nağıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla