Yuxarı

Ramazan ayında nə yemək olmaz?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramazan ayında nə yemək olmaz?

Ramazan ayında oruc tutan insanların düzgün və balanslı qidalanması xüsusi əhəmiyyət daşıyır. Uzun müddət ac və susuz qaldıqdan sonra orqanizmi birdən-birə ağır yeməklərlə yükləmək müxtəlif həzm problemlərinə, halsızlığa və digər narahatlıqlara səbəb ola bilər.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilir ki, iftara ilıq su ilə başlamaq ən doğru addımlardan biri hesab olunur.

"1-2 stəkan su içmək orqanizmin susuzluğunu aradan qaldırır və mədəni yeməyə hazırlayır. Ardınca xurma, zeytun, tərəvəz salatı və göy-göyərti kimi yüngül qidalar qəbul etmək tövsiyə edilir. Təxminən 15-20 dəqiqə fasilədən sonra əsas yeməklərə keçmək daha məqsədəuyğundur.

Əsas yeməklər mümkün qədər yüngül və balanslı olmalıdır. Yeməyə yüngül şorba ilə başlamaq həzm sisteminə müsbət təsir göstərir. Sobada bişmiş ət, toyuq və ya balıq, yanında tərəvəzlər, az miqdarda bulqur və ya düyü ideal seçim sayılır. Bu cür qidalanma orqanizmi lazımi zülal, vitamin və minerallarla təmin edir, eyni zamanda ağırlıq hissi yaratmır.

Bununla yanaşı, bəzi qidalardan uzaq durmaq vacibdir. Xəmir xörəkləri, qızartmalar, çox yağlı və souslu yeməklər iftar süfrəsində məhdudlaşdırılmalıdır. Acılı, çox ədviyyatlı və turş qidalar isə həm susuzluğu artırır, həm də mədə-bağırsaq problemlərinə səbəb ola bilər.

Yeməkdən dərhal sonra şirniyyat yemək artıq çəkiyə və həzm pozuntularına səbəb olur. Buna görə şirniyyatların yeməkdən 1-2 saat sonra qəbul edilməsi daha düzgündür. Şərbətli və ağır desertlər əvəzinə südlü şirniyyatlar, meyvələr və ya quru meyvələrə üstünlük verilməsi daha sağlam seçimdir", - məlumatda qeyd olunub.

Tarix
2026.02.20 / 23:52
Müəllif
Axar.az
Digər xəbərlər

Bu nazirin 5 müavini eyni universiteti bitirib

ABŞ-dan Prezidentin kortejinə edilən hücumla bağlı açıqlama

İranlı nazir Azərbaycana gəlir - Səfərin təfərrüatı

Sərnişin və yük daşımalarına icazə alınması ilə bağlı yenilik

Ağ Ev Əliyevlə Paşinyanın bu fotosunu paylaşdı

Məlahət Gözəlova rəis müavini təyin olundu

Səfirlikdən bəyanat: Prezidentin korteji otelə yaxınlaşarkən...

Prezidentlər arasında məktub mübadiləsi...

Mehmanın Mehdiyev və FSB etirafı – Niyə “rusca”?

Zülfüqarov ABŞ-dakı insidentdən nələr dedi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla