Yuxarı

Narkotikin təsiri altında maşın sürən şəxs saxlanıldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallıda narkotikin təsiri altında avtomobil idarə edən şəxs sürücülük hüququndan məhrum edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, Masallı şəhəri ərazisində hərəkətdə olan VAZ-2106 markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Həmin nəqliyyat vasitəsini idarə edən Masallı rayon sakini E.Ağayevin narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən, E.Ağayevin nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub.

Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib.Sözügedən inzibati xətanı il ərzində təkrar törətdiyi üçün məhkəmənin qərarı ilə E.Ağayev sürücülük hüququ 2 il müddətində məhdudlaşdırılmaqla cərimə olunub.

Tarix
2023.01.23 / 19:05
Müəllif
Axar.az
Digər xəbərlər

İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - Video

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Bakıda

Bakıda növbəti iqlim tədbiri keçiriləcək

Rus deputat: Nikol Moskvaya gəlir, kanalı isə saxtakarlıq edir!

Livanın erməni katilokosu rus səfirlə Bakını müzakirə edir…

44+1 formulu: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir

Faciənin şahidi: Onlar əhalini görən kimi öldürürdülər

PKK silahı yerə qoydu: İlham Əliyev Ərdoğanı təbrik etdi

Bakıdan PKK-nın ləğvi qərarına reaksiya

DGK-nın vəzifəli şəxslərinin düşdüyü qəzanın – Təfərrüatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla