Yuxarı

Sarayda binada yanğın oldu: sakinlər təxliyə edildi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024.02.24 - 22:15

Abşeron rayonu, Saray qəsəbəsində mənzildə yanğınla nəticələnən partlayış olub.

Axar.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Qeyd edək ki, partlayışın yaşayış binasının 14-cü mərtəbəsində olduğu barədə məlumat yayılıb.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu ərazisində çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri məlumatla əlaqədar cəlb edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

Bu gün saat 21:44 radələrində Abşeron rayonu Saray qəsəbəsində hündürmərtəbəli yaşayış binasında mənzillərin birində baş verən yanğın hadisəsi ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub. Dərhal hadisə yerinə 1 briqada cəlb olunub.

Hadisə zamanı yanıq xəsarətləri alan 2000-ci il təvəllüdlü şəxs (qadın) Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Ona üzün, hər iki saidin, əlin 2 və 3-cü dərəcəli termiki yanığı diaqnozları qoyulub. Zəruri ilkin tibbi yardım edildikdən sonra isə xəstə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub.

***

Abşeron rayonu, Saray qəsəbəsində yerləşən çoxmənzilli yaşayış binasında baş verən partlayış nəticəsində mənzilin qapı və pəncərələri çərçivədən çıxaraq əraziyə atılıb və liftin şaxtası müəyyən qədər deformasiya olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi Mirfuad Mahmudov Report-a məlumat verib.

Onun sözlərinə görə, yanğının ümumi sahəsi 40 kv.m olub.

“Mənzildə bir otağın 20 kv.m və dəhlizin 10 kv.m sahəsində yanğın olub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Hadisə zamanı binada olan sakinlər dərhal təxliyə olunub".

Tarix
2024.02.25 / 00:51
Müəllif
Axar.az
Digər xəbərlər

TDT-dən Azərbaycanla bağlı paylaşım

Xudafərin körpüsünün işğaldan azad edilməsindən 4 il ötür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanla bu məsələlərdə bir dövlət kimi çıxış edirik

Mirzoyanı Ərdoğan şəxsən qəbul edəcək?

Türkiyə ordusu Zəngəzura girsə... - Abovyan

Rusiyadan Qazaxıstana qadağa: Astana cəzalandırılır?

Ceyhun Bayramov Türkiyəyə səfər etdi

Azərbaycan hər şeyi alacaq! - Oskanyan

Türkiyə atəşə tutuldu: ordunun “bufer zona”sı yarıldı? - General

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla