Yuxarı

Hərbçimiz özünü öldürdü, cinayət işi açıldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Novruz Fikrət oğlu Gözəlovun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub.

Bu barədə Axar.az-a Hərbi Prokurorluqdan daxil olan məlumatda bildirilib.

Qeyd edilib ki, daxil olmuş məlumat əsasında Gəncə hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Gəncə hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq, zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

Allah hərbçimizə rəhmət eləsin.

Tarix
2024.10.18 / 19:40
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Bakıya gəlməyəcək? - BBC

Sülh danışıqları: Bakı və İrəvan razılaşdı - Foto

Fransadan buna son qoymağı bir daha tələb edirik - XİN

Bayramov Fidanla nələri müzakirə etdi? - Foto

İlham Əliyev onları təltif etdi

Bakı və İrəvana sülh sazişi üzərində işlə bağlı təklif...

Xarici qüvvələrin regionda öz təhlükəli gündəlikləri…

Bayramovdan Zəngəzur açıqlaması: Tezliklə...

Bayramov “3+3” nazirlərinin toplantısında çıxış etdi

Bitdi: İsrail qalib gəldiyini elan edə bilər

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla