Yuxarı

Ərdoğandan sülh açıqlaması: Bütün səyləri dəstəkləyirik!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün təmin olunması üçün ortaya qoyulan bütün səyləri dəstəkləyir.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "3+3" regional platforması üzrə növbəti toplantı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, İranın xarici işlər naziri Abbas Arakçı və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edərkən deyib.

O bildirib ki, regionda baş verən hadisələr həmrəyliyin gücləndirilməsini zərurətə çevirir.

Türkiyə liderinin sözlərinə görə, rəsmi Ankara regional problemlərin dialoq yolu ilə həlli üçün yaradılan "3+3" platformasını əhəmiyyətli hesab edir:

“Cənubi Qafqazdakı durumun davamlı sülh istiqamətində dəyişməsini sevindirici hal hesab edirik”.

R.T.Ərdoğan həmçinin Yaxın Şərqdəki durum barədə də danışıb:

“Atəşkəsin təmin olunmadığı hər gün bizi regional müharibəyə daha çox yaxınlaşdırır”.

Tarix
2024.10.18 / 20:16
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Bakıya gəlməyəcək? - BBC

Sülh danışıqları: Bakı və İrəvan razılaşdı - Foto

Fransadan buna son qoymağı bir daha tələb edirik - XİN

Bayramov Fidanla nələri müzakirə etdi? - Foto

İlham Əliyev onları təltif etdi

Bakı və İrəvana sülh sazişi üzərində işlə bağlı təklif...

Xarici qüvvələrin regionda öz təhlükəli gündəlikləri…

Bayramovdan Zəngəzur açıqlaması: Tezliklə...

Bayramov “3+3” nazirlərinin toplantısında çıxış etdi

Bitdi: İsrail qalib gəldiyini elan edə bilər

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla