Yuxarı

Təcili yardım maşını qəzaya düşdü: həkimlər yaralandı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təcili yardım maşını qəzaya düşdü: həkimlər yaralandı

Lənkəranda çağırışa gedən Təcili Tibbi Yardım avtomobili qəzaya uğrayıb.

Axar.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında, köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisində baş verib.

Belə ki, rayonun Aşağı Nüvədi kəndindən çağırış olub. Əraziyə yaxın olan Şürük kənd Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası həmin ünvana çıxış edib.

Tibbi yardım avtomobili Gərmətük kəndi ərazisində hərəkətdə olarkən "Mersedes" markalı minik avtomobili tibbi yardım avtomobilinə çırpılıb. Qəza nəticəsində Təcili Tibbi Yardım avtomobilində olan tibb bacısı və həkim xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar. Xəsarət alanlara ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, iki gün bundan əvvəl də Astaradan Lənkərana xəstə gətirən Təcili Tibbi Yardım avtomobili Lənkəranda qəzaya uğramışdı.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2024.11.29 / 00:57
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla