Yuxarı

Azərbaycan səmasında naməlum obyekt - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan səmasında naməlum obyekt - Video

Bu gün səmada müxtəlif vaxtlarda müəyyən görüntülər müşahidə olunub.

Axar.az Baku.vs-yə istinadən xəbər verir ki, Gəncə, Daşkəsən, Şəmkir və paytaxtn müxtəlif ərazilərindən çəkilən videolarda səmada qəribə formalı işıq görünür. Səmada hərəkət edən obyekt bir saat müddətində müşahidə olunub.

Bəs müşahidə edilən bu naməlum obyekt nədir?

Məsələ ilə bağlı Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov bildirib ki, bu görüntülər müxtəlif səbəblərdən yarana bilər.

"Əvvəla qeyd edim ki, bu, astronomiya ilə bağı hadisə deyil. Yerdə baş verən proseslərdən dolayı yaranan görüntülərdir. Gözlə görünürsə, bu kosmik peyklər də ola bilər. İlon Maskın şirkəti orbitə peyk buraxıb. Onlar birgə uçursa, uzun bir quyruq yaradır. Adi gözlə də görmək olur", - deyə ekspert bildirib.

Nəriman İsmayılov deyir ki, insanların görüntüyə müxtəlif ad verməsi isə tamamən cəfəngiyyatdır:

"Naməlum uçan obyektə həyatımız boyu rast gəlinməyib. Bütün bunların hamısı uydurma şeylərdir. İnsanları yalandan aldadırlar. Şəkil çəkirlər. Boşqab şəkli çəkirlər. Lakin elmi araşdırmalarda real bir foto belə yoxdur".

Həmin görüntüləri təqdim edirik:

Tarix
2025.01.22 / 00:39
Müəllif
Axar.az
Digər xəbərlər

Xalqımıza and içməliyik ki, istənilən halda... - Əliyev

Tovuz döyüşlərindən 6 il keçir

Prezident bu çıxışını paylaşdı - Video

Zakir Həsənovdan müharibə qəhrəmanına jest - Foto

32 il öncə Heydər Əliyevlə çəkilən şəkil Prezidentə göstərildi

Biz bütün dünyaya göstərdik ki...- Əliyev

Bu, Azərbaycan xalqı üçün bayramdır - Prezident

Hər dəfə bunu görəndə ürəyim sevinir - İlham Əliyev

Prezident: Daha yumruq dövrü olmayacaq - Video

Bu, artıq keçmişdə qaldı - İlham Əliyev

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla