Yuxarı

Hərbçimiz odlu silahdan açılan atəşdən öldü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hərbçimiz odlu silahdan açılan atəşdən öldü

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Camal Nizami oğlu Hüseynovun odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olmuşdur.

Axar.az xəbər verir ki, daxil olmuş məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılmış, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, eləcə də digər hərəkətlər icra edilmişdir.

Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilmişdir.

Məlumatı Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev təsdiqləyib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaqdır.

Tarix
2025.01.23 / 21:46
Müəllif
Axar.az
Digər xəbərlər

Xalqımıza and içməliyik ki, istənilən halda... - Əliyev

Tovuz döyüşlərindən 6 il keçir

Prezident bu çıxışını paylaşdı - Video

Zakir Həsənovdan müharibə qəhrəmanına jest - Foto

32 il öncə Heydər Əliyevlə çəkilən şəkil Prezidentə göstərildi

Biz bütün dünyaya göstərdik ki...- Əliyev

Bu, Azərbaycan xalqı üçün bayramdır - Prezident

Hər dəfə bunu görəndə ürəyim sevinir - İlham Əliyev

Prezident: Daha yumruq dövrü olmayacaq - Video

Bu, artıq keçmişdə qaldı - İlham Əliyev

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla