Yuxarı

Sumqayıt İH-in tikinti yalanı: qarşısı alındı - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərinin Nəsimi parkında, Göyərçin abidəsi adlanan ərazinin yaxınlığında yaşıllıq sahənin hasarlanması və həmin yerdə ağacların kəsilməsi ehtimalının olması ilə bağlı sosial şəbəkədə yayılan videogörüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Axar.az xəbər verir ki, bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova məlumat verib.

O bildirib ki, araşdırma zamanı sözügedən ərazinin metal lövhə ilə hasarlanması işlərinin aparıldığı təsdiqlənib:

"Hasarlanmış sahədə ağacların kəsilməsi faktı qeydə alınmayıb.

Hasarın sökülməsi üçün Sumqayıt Şəhər Nəsimi adına Mədəniyyət və İstirahət Parkının rəhbərliyinə müraciət edilib və hazırda ərazidə hasarın sökülməsi işləri aparılır".

İradə İbrahimova həmçinin qeyd edib ki, ərazidəki mövcud yaşıllıqlar qeydə alınaraq nəzarətə götürülüb.

"Mühafizə edilməsi və onlara aqrotexniki xidmət göstərilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanacaq", - deyə o fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyətindən ötən gün bildirilmişdi ki, sözügedən parkda quru və təhlükəli vəziyyətdə olan ağaclarla bağlı aidiyyəti qurumlar tərəfindən rəy verilib. Rəy əsasında həmin ağaclar ərazidən götürülür və yerində yeni ağaclar əkilir.

Amma Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu gün verdiyi açıqlamadan aydın olur ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin verdiyi cavab və göstərdiyi ünvan doğru deyil. Əslində, həmin ərazidə ağaclar kəsilməsə də, tikinti işləri aparılıb.

İcra Hakimiyyətinin bu cür səhlənkar, yoxlanılmayan və qeyri-peşəkar cavabı anlaşılan deyil və heç bir məntiqə sığmır.

Görünür, meşəlik ərazidə tikintinin aparılmasına göz yuman Sumqayıt Şəhər İcra Hakimiyyəti ölkəmizdə keçirilən COP29 tədbirinin mahiyyətini anlamayıb.

Tarix
2025.01.27 / 01:06
Müəllif
Axar.az
Digər xəbərlər

Sülh sazişi bu ölkədə imzalana bilər - Zülfüqarov

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Şimali Makedoniya prezidentinin Azərbaycana səfəri başa çatdı

Azərbaycan Avropa ölkələri ilə əlaqələri genişləndirir

Bayramovla Georgiyev arasında təkbətək görüş başladı

Sülh sazişi razılaşdırıldı: Bakının əsas narahatlığı qalır

Bakı ilə sülh bizi dosta çevirməyəcək - Mirzoyan

Sülhdən sonra Bakı və İrəvan bu iddialardan geri çəkiləcək

Baş nazir Milli Məclisdə hesabat verir

Milli Məclisin iclası başladı: Baş nazir hesabat verəcək

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla