Yuxarı

Futbol dünyasından iyrənirəm - Mbappe

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Futbol dünyasından iyrənirəm - Mbappe

"Real Madrid"in və Fransa millisinin hücumçusu Kilian Mbappe həyatındakı problemlərindən danışıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, futbolçu bunları "RMC Sport"a müsahibəsində deyib.

"Nə qədər çox pulunuz varsa, bir o qədər probleminiz olacaq. Bəzi insanlar həyatınızın dəyişdiyini görmürlər, sizi uşaqlıqda olduğunuz kimi, bir vaxtlar onlarla birlikdə olduğunuz kimi görməyə davam etmək istəyirlər. Amma sən artıq əvvəlki kimi deyilsən. Sənin vəzifələrin, işin, məsuliyyətin var. Əgər kimsə sizinlə həyat yolunu gedirsə, bu, gözəl hekayədir. Böyümək, yeni zirvələrə çatmaq, ailə qurmaq və möhkəm təməl qurmaq gözəldir. Amma bəzən belə olmur. Münasibətləriniz yaxşı getmədiyi üçün sevdiklərinizlə əlaqəni itirirsiniz. Bu, bir çox idmançının və məşhurun qarşılaşdığı problemdir", - deyə Mbappe bildirib.

O, pərdəarxası intriqalara görə futbol dünyasından iyrəndiyini, ancaq idmana bağlı olduğu üçün oynamağa davam etdiyini vurğulayıb.

Tarix
2025.09.11 / 14:42
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Prezidentin Qazaxıstan səfərindən - Videoçarx

Prezidentdən xoş xəbər: Yaxın aylarda...

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla