Yuxarı

Azərbaycan millisinin baş məşqçi postuna şok namizəd

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan millisinin baş məşqçi postuna şok namizəd

Azərbaycan millisinin baş məşqçi postuna sürpriz namizəd var.

Axar.az xəbər verir ki, bununla bağlı Sportinfo.az-a AFFA-dan məlumat ötürülüb.

Məlumata görə, Fernandu Santuşdan boşalan vəzifəyə Elçin Rəhmanov təyin edilə bilər. Hər halda 3-4 gündür bu variant ciddi səviyyədə gözdən keçirilir.

Qeyd edək ki, E.Rəhmanov 2008-ci ildən “Qarabağ”da çalışır. O tarixdən bəri Qurban Qurbanovun əsas köməkçisidir. Vaxtilə yığmanın formasını geyinmiş keçmiş yarımmüdafiəçi 2017-2018-ci illər aralığında burada çalışıb. Yenə də Q.Qurbanovun bir nömrəli yardımçısı kimi.

Federasiya rəhbərliyi əmindir ki, Q.Qurbanov ikinci dəfə geri qayıtmaq istəməz. Onun “Qarabağ”dan ayrılma ehtimalı heç kimin ağlına gəlmir.

Odur ki, gözlər Elçin Rəhmanova çevrilib. Qurumun bir sıra üst mənsubları bu qənaətdədir ki, o, Ağdam klubunda qalmaq şərtiylə millinin sükanı arxasına keçə bilər.

Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsinə İslandiya darmadağını ilə başlayıb. Yığmamız səfərdəki görüşdə 0:5 hesabıyla uduzub.

AFFA bu üzdən Fernandu Santuşu istefaya göndərib. Portuqaliyalı mütəxəssislə müqaviləyə birtərəfli qaydada xitam verildiyindən, kollektivi Ukrayna ilə görüşə Ayxan Abbasov çıxarıb.

Tarix
2025.09.15 / 19:24
Müəllif
Axar.az
Digər xəbərlər

Vardanyana görə Bakıya gəlməyən Talebin oyunları...

Hikmət Hacıyevin fikirləri Türkiyədə səhv təqdim edildi - Foto

Azərbaycan Mərakeşdə fəxri ölkə seçildi

Bakı metrosunda yeni tunellərin inşası nə vaxt bitir?

Transxəzər fiber-optik rabitə xəttinin tikintisi başa çatdı

Ermənistana 14 vaqon buğda göndəriləcək

İran Xəzərlə bağlı razılığa gəldi: Tehran nədən çəkinir?

İrəvanda TRİPP müzakirəsi: Azərbaycanla sülh...

Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...

İranlı professor: Azərbaycanı hədələmək əvəzinə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla