Yuxarı

Qurban riskə getdi, Kadini sağa, Zubiri ortaya çəkdi...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qurban riskə getdi, Kadini sağa, Zubiri ortaya çəkdi...

İki top irəlidə olan "Benfika" işin həll olunduğunu düşünüb, təzyiqi azaltdı. Temp aşağı düşdü və rəqib komanda geri çəkilərək nəfəs dərməyə, əks-hücumlara bel bağladı. Bu isə bizim xeyrimizə oldu.

Axar.az xəbər verir ki, bu sözləri idman eksperti Kənan Məstəliyev “Qarabağ”ın dünənki qələbəsi (2:3) ilə bağlı deyib.

“Komanda toparlanaraq kombinasiyalar qurmağa başladı. Cinahlar işləmədiyi üçün ortadan qısa ötürmələr və fərdi ustalığa güvəndik. Fasilədən sonra Duran dəqiq oynayanda rəqib çaşdı. Bruno Lajinin əvəzetmələri nəticə vermədi. Meydan sahibləri üstünlüyü artırsa da, Qurban Qurbanov təmkinini qorudu və vaxtını gözlədi. Sonra Addaini meydana buraxaraq hücumda top saxlamağı və basqı yaratmağı təmin etdi. Kadi sağa, Zubir ortaya keçdi. Amma Yankoviçin zədəsi planı pozdu”, - o bildirib.

Məstəliyev qeyd edib ki, Qurban Qurbanov hesabı qorumaq əvəzinə risk edib, Bikalyonu dayaq, Borgesi mərkəzə çəkdi, cinaha Kaşuku buraxdı:

“Kreativlik artdı, Alekseyin qolu isə qələbəni təmin etdi. Son dəqiqələrdə xüsusilə Bəhlulun fədakar oyunu tarixi nəticə gətirdi. Zubir yaxşı oynayanda, “Qarabağ” da yaxşı oynayır. Yorğun görünsə də, meydanın ən çox qaçan futbolçusu idi – təxminən 13 km qət etdi.

Qurban Qurbanov möcüzə edir, amma hər şeyi ona yükləmək doğru deyil. Əsas olan “Qarabağ”ın qələbəsidir. Oynamağa stadionu olmayan futbolumuzun gələcək ümid və inam yeri, ən etibarlı istinad nöqtəsi məhz “Qarabağ”dır”.

Tarix
2025.09.17 / 13:40
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

Vüsal Aslanova sosial şəbəkədə nələr yazırlar...

Rixard Raşi Xankəndidə səfərdədir - Foto

Şahin Mustafayev Overçukla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla