Yuxarı

Hakim niyə “Qarabağ”a penalti vermədi?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hakim niyə “Qarabağ”a penalti vermədi?

Ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində keçirilən "Atletik Bilbao" - "Qarabağ" oyununun 72-ci dəqiqəsində baş verən mübahisəli penalti epizodu müzakirə mövzusuna çevrilib. Qarşılaşmanın baş hakimi İqor Payaçın qəti olaraq onbirmetrlik cərimə zərbəsini təyin etməməsi birmənalı qarşılanmadı. Əvəzində künc zərbəsi təyin edən xorvatiyalı referi heç VAR-a müraciət etməyə də ehtiyac görmədi.

Axar.az xəbər verir ki, Teleqraf məsələ ilə bağlı təcrübəli, sabiq FİFA referilərininin fikrini öyrənib.

Agentliyə danışan Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sabiq sədri Mustafa Çulcu bildirib ki, epizod birmənalı olaraq penaltidir:

"Qarabağ"ın futbolçusu topa oynayır, rəqib oyunçu isə ayağını uzadır, amma gecikdiyi üçün topa toxuna bilmir. Silvanın sol ayağının dabanına, həm də sol ayağının yuxarı hissəsinə təmas görürəm. Açığı, oyuna baxmamışdım, siz təqdim etdiyiniz epizodda elə bildim ki, baş hakim penalti təyin edib. Bu epizodda "Atletik"in futbolçusu rəqibinin sol ayağının daban hissəsinə təmas edir. İspaniyalı futbolçu rəqibinə təmas etdiyi üçün onu büdrədir. Futbolçu topa müdaxilə üçün gecikmişdi".

Hazırda "A Spor"un eksperti kimi çıxış edən Mustafa Çulcu İqor Payaçın VAR-a getməməsini isə belə şərh edib:

"VAR-da İvan Bebek olub. Hansı ki, illər öncə "Fənərbağça"nın oyununda rəzil hakimliyi ilə yadda qalmışdı. "Qarabağ" səfərdə "Benfika"nı, evdə "Kopenhagen"i məğlub etdi - 2 oyuna 6 xal. Onda sual verirlər ki, nə baş verir? "Qarabağ"ın qarşısını almaq üçün digər bir xorvatiyalı İqor Payaçı göndərdilər. "Qarabağ" kimi komandalar təkcə meydanda yox, meydandan kənarda da güclü olmalıdırlar".

Türkiyəli digər sabiq FİFA referisi Bünyamiz Gezer də epizodu penalti kimi dəyərləndirib:

"Burada əlavə şərhə ehtiyac yoxdur. Bu, dəqiq penaltidir. Bu məqamda VAR müdaxilə etməliydi".

Qeyd edək ki, sözügedən epizod qeydə alınanda "Atletik" 2:1 hesabı ilə öndə idi. Penalti təyin edilsəydi, Ağdam klubu çətin Bilbao səfərindən xalla qayıda bilərdi. Matçın 88-ci dəqiqəsində isə daha bir qol vuran meydan sahibləri 3:1 hesablı qələbə qazandı.

Tarix
2025.10.23 / 11:13
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Sülh Şurasında təsisçi dövlət olur: Nə qazanacaq?

İlham Əliyev Rassel Hardi ilə görüşdü

Naxçıvan dəmir yolu xəttinin bərpasına dəstəyə hazırıq - Kos

Azərbaycan sayəsində daha bir məhsul ucuzlaşdı - Paşinyan

İlham Əliyev Davosda panel iclasda iştirak etdi

Azərbaycan və ABŞ arasında Strateji İşçi Qrupunun iclası oldu

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı Astanadan açıqlama

2025-in ən güclü orduları: Azərbaycanın yeri... - Siyahı

Dəniz Əsədovadan məhkəmədə gözlənilməz açıqlama

İcra başçısı əmr imzaladı: Kütləvi kadr dəyişiklikləri aparıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla