Yuxarı

Bu dəfə "Ayaks"la fərqli ssenari olacaq - Silva

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu dəfə "Ayaks"la fərqli ssenari olacaq - Silva

Matça hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı.

Axar.az xəbər verir ki, bu sözləri “Qarabağ” komandasının futbolçusu Mateus Silva UEFA Çempionlar Liqasının liqa mərhələsinin VI turunda Bakıda Niderlandın “Ayaks” klubuna qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.

O, azarkeşləri sevindirmək üçün əllərindən gələni edəcəklərini bildirib.

“Bizim öz oyun planımız var. Bu turnirdə uğur qazanmaq üçün komanda olaraq çalışmaq lazımdır. Sizə söz verirəm ki, sabah əlimizdən gələni edəcəyik. Heç bir həyəcan yoxdur. Yaxşı oyun göstərməyə çalışacağıq. Ötən mövsüm də “Ayaks”la qarşılaşmışdıq. Təəssüf ki, məğlub olmuşduq. Bu dəfə fərqli ssenari olacaq”, - deyə futbolçu əlavə edib.

Braziliyalı futbolçu adının “Flamenqo” komandası ilə hallanmasına da münasibət bildirib: “Mətbuatda çıxan bütün xəbərlərə inanmaq məcburiyyətində deyilik. İndi bütün fikrimi komandaya yönəltmişəm”.

Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq “Qarabağ” - “Ayaks” görüşü saat 21:45-də başlayacaq.

Tarix
2025.12.10 / 00:12
Müəllif
Axar.az
Digər xəbərlər

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

İlham Əliyev Pezeşkiana zəng etdi

AB Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla