Yuxarı

İranlı güləşçi niyə Azərbaycan millisini seçdi? - Özü açıqladı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranlı güləşçi niyə Azərbaycan millisini seçdi? - Özü açıqladı

İran yığmasından ayrılaraq, Azərbaycan millisinə keçən güləşçi Əmir Rza Məsumi sosial şəbəkə hesabında paylaşım edib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, 21 yaşlı idmançı qərarınının səbəbini açıqlayıb.

"21 yaşıma qədər İran milli komandasının üzvü olmuşam və doğulub boya-başa çatdığım ölkənin bayrağını qürurla daşımışam. Bu müddət ərzində 17, 20 və 23 yaşlılar arasında keçirilən dünya çempionatlarında, eləcə də Asiya çempionatlarında qızıl medallar qazanmağa müvəffəq olmuşam. Bu uğurlarda böyük rolu olan bütün məşqçilərimə və məni hər zaman dəstəkləyən hər kəsə səmimi qəlbdən təşəkkür edirəm.

Bu gündən etibarən idman karyeramda yeni bir mərhələ başlayır. Artıq Azərbaycan milli komandasının üzvüyəm.

Təəssüf ki, sosial şəbəkələrdə bu keçidin əsas səbəbinin maliyyə olduğu iddia edilir. Lakin bu iddia həqiqəti əks etdirmir. Düzdür, müxtəlif ölkələrdən yüksək məbləğli təkliflər almışdım, amma Azərbaycanın idmana peşəkar baxışı, güləş aləmindəki əfsanəvi simaların və dostlarımızın burada olması, həmçinin ilk gündən göstərilən səmimi və hörmətli münasibət qərarımda həlledici rol oynadı. Hesab edirəm ki, mövcud şərait və Azərbaycanda idmana göstərilən xüsusi diqqət, peşəkar karyeramda daha böyük uğurlara imza atmağım üçün lazımi imkanı yaradır.

Mənə göstərdikləri böyük etimada görə Azərbaycan Güləş Federasiyasına, isti və səmimi qarşıladıqları üçün isə Azərbaycan xalqına dərin minnətdarlığımı bildirirəm. Bu etimadı doğrultmaq üçün var gücümlə çalışacaq və bütün diqqətimi beynəlxalq arenalarda yeni zəfərlər qazanmağa yönəldəcəyəm", - deyə Məsumi vurğulayıb.

Tarix
2025.12.30 / 16:35
Müəllif
Axar.az
Digər xəbərlər

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

İlham Əliyev Mirziyayevi təbrik etdi

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV

Pezeşkian Azərbaycanla əlaqələrdən danışdı

Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... – Ekspert

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla