Yuxarı

Qurban Qurbanovun 500-cü qələbəsi...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qurban Qurbanovun 500-cü qələbəsi...

Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb.

Axar.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli mütəxəssisin yubileyi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turuna təsadüf edib.

Azərbaycan çempionu "Ayntraxt"la (Frankfurt, Almaniya) ev matçında 3:2 hesabı ilə qalib gəlib. Bu, "Qarabağ"ın Qurbanovun baş məşqçiliyi dövründə 471-ci qələbəsi olub. Mütəxəssis "Neftçi"də 25, Azərbaycan milli komandasında 4 qələbədə pay sahibi olub. Klub karyerasındakı 496 qələbədən 364-ü Premyer Liqa, 54-ü ölkə kuboku, 78-i avrokuboklarda qeydə alınıb. Mütəxəssisin 500-cü qələbəsi karyerasındakı 857-ci matça təsadüf edib. O, komandaları ilə keçirilən oyunların 58,34 faizində qalib gəlib.

Qeyd edək ki, Qurbanov baş məşqçi kimi ilk qələbəsini 2006/2007 mövsümündə "Neftçi"nin "sükanı arxasında" əldə edib. 2006-cı il avqustun 6-da "Gənclərbirliyi"ni qəbul edən paytaxt təmsilçisi böyük hesabla qalib gəlib – 6:1.

Tarix
2026.01.22 / 17:18
Müəllif
Axar.az
Digər xəbərlər

20 min manatlıq limitlə bağlı məsələyə yenidən baxılacaq

Prezident və xanımı Bakıda sərgidə... - Foto

Bakı bu məsələdə İrəvanla əməkdaşlıq etməyəcək

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Erməni bacılar Bakıya gəldi - Video

Sərkisyan çıxış edərkən neçə müsəlman lideri zalı tərk edib?

MM Anım Günü ilə əlaqədar Bəyanat qəbul etdi

Milli Məclisin iclası başladı

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla